Məhkəmə qərarları › İş №3(041)-374/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-374/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-374/2024 03.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsininnin nümayəndəsi X3 iştirakı ilə xx.xx.1973-cü ildə Kürdəmir şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Kürdəmir şəhəri, Şəhriyar küçəsi,18 ünvanında qeydiyyatda olan - X5 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati icraat açılaraq aidiyyatı üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat açılmış şəxs K.A.Muxtarova təkrara olaraq lazimi qaydada məluma evrilmsəinə baxmayaraq, o, heç bir məluma vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati materiala onun iştirtakı olamdan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinəəsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsininnin nümayəndəsi X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə sat 12.35-də Kürdəmir şəhəri, Sabir 20 ünvanında yerləşən və X1 fəaliyyəti ilə məşğul olduğu baytarlıq aptekində keçirilmiş operativ vergi nəzarəti zamanıə onun dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi müəyyən edilmişdir. X5 il ərzində təkrar olaraq eyni xətanı törətmişdir. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallaırna əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********4158 nömrəli “Operativ vergi nəzarəti həyata keçirilməsi haqqında qərardan görünür ki, Kürdəmir şəhəri, Sabir küçəsi 20 ünvanında yerləşən Baytarlıq aptekində vergi nəzarəti həyata keçirilməsi qərara alınmıdır. İş materiallaırna əlavə edilmiş “Lisenziya tələb olunan fəaliyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli.SERİYA DVX 000114 nömrəli aktadan görünür ki, operativ vergi yoxlaması zamanı vergi ödəyicisi X2 fəaliyyət göstərdiyi baytarlıq aptekində “Lisenziyala və icazələr haqqında! Azərbaycan Respubliaksının Qanununun tələbləri pozulmuşdur. İş materialalrına əlavə edilmiş X2 9 saylı Ərazi Verilər İdarəsinə ünvanladığı izahatından görünür ki, ünvan 3q aptekində xx.xx.2024-cü il tarixdən xüsusi razılıq(lisenziya) olmadan fəaliyyət göstərmiş və bu müddət ərzində 152 manat gəlir əldə etdiyini göstərmişdir. X2 törətmiş olduğu inzibati xəta hadisəsi özünün 9 saylı Ərazi Verilər İdarəsinəünvanladığı səmimi etirafı və işə əlavə digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati icraat açılmış X4 cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkmə inzibati xəta hadisəsi törədən X2 törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini, şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və onun eyni xətanı il ərzində təkrar törətməsini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib, əldə edilmiş gəlirin iki misli miqdarda 304 (üç yüz dörd) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar