Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-375/2024 03.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı X4 iştirakı ilə, Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 15.00-da Kürdəmir şəhəri Həzi Aslanov küçəsndə yerləşən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi baytarılıq aptekində keçirilmiş operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) olmadan baytarılıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmiş, nəticədə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, oranın səlahiyyətli nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 15.00-da Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi Kürdəmir şəhəri Həzi Aslanov küçəsində yerləşən baytarılıq aptekində keçirilmiş operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) olmadan baytarılıq fəaliyyəti ilə məşğul olunması faktı aşkar olunmuşdur. Yoxlama zamanı Şəxs MMC-nin rəhbəri X2 izahat verərək həqiqətəndə xx.xx.2024-cü il tarixdən baytarılıq aptekində xüsusi razılıq olmadan fəaliyyət göstərərək 187 manat gəlir əldə etdiyini etiraf etmiş, əlavə olaraq tezliklə lisenziya alacağını göstərmişdir. Bundan sonra Azərbaycan Respublikası İXM-nın 398-ci maddəsi ilə Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və protokol digər sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC ilk dəfədir ki, həmin maddə ilə inzibati xəta törədib. Bütün bunları nəzərə alaraq tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallaırna əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********4152 nömrəli “Operativ vergi nəzarəti həyata keçirilməsi haqqında qərardan görünür ki, Şəxs MMC-yə məxsus Kürdəmir şəhəri, H.Aslanov küçəsində yerləşən Baytarlıq aptekində vergi nəzarəti həyata keçirilmişdir. İş materiallaırna əlavə edilmiş “Lisenziya tələb olunan fəaliyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli, SERİYA DVX 000115 nömrəli aktadan görünür ki, operativ vergi yoxlaması zamanı vergi ödəyicisi Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi Kürdəmir şəhəri, H.Aslanov küçəsində yerləşən baytarlıq aptekində “Lisenziyala və icazələr haqqında” Azərbaycan Respubliaksının Qanununun tələbləri pozulmuşdur. İş materialalrına əlavə edilmiş Şəxs MMC-nin rəhbəri X1 9 saylı Ərazi Verilər İdarəsinə ünvanladığı izahatından görünür ki, xx.xx.2024-cü il tarixdən baytarılıq aptekində xüsusi razılıq olmadan fəaliyyət gəstərən zaman 187 manat gəlir əldə etmişdir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs MMC tərəfindən 190 manat pul dövlət büdcəsinə ödəmişdir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində götərilir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nın 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətdiyinə, inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyünə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-375/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-375/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver