Məhkəmə qərarları › İş №3(041)-376/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-376/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-376/2024 03.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsininin əməkdaşı X3 iştirakı ilə, xx.xx.2001-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan. fin-2F5WAQY X5 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 15.30-da Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 fəaliyyəti göstərdiyi baytarılıq aptekində keçirilmiş operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) olmadan baytarılıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmiş, nəticədə F.N.Rəhimova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.N.Rəhimova ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsininin əməkdaşı X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 15.30-da Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən X1 fəaliyyəti göstərdiyi baytarılıq aptekində operativ vergi nəzarəti həyata keçirilmiş və yoxlama zamanı onun xüsusi razılıq (lisenziya) olmadan baytarılıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmiş. F.N.Rəhimova izahat verərək həqiqətəndə xx.xx.2024-cü il tarixdən lisenziya olmadan baytarılıq apteki işlətdiyini, həmin dövür ərzində 93 manat gəlir əldə etdiyini etiraf etmişdir. Bundan sonra Azərbaycan Respublikası İXM-nın 398-ci maddəsi ilə F.N.Rəhimova barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və protokol digər sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. F.N.Rəhimova ilk dəfədir ki, həmin maddə ilə inzibati xəta törədib. Bütün bunları nəzərə alaraq tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallaırna əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********4159 nömrəli “Operativ vergi nəzarəti həyata keçirilməsi haqqında qərardan görünür ki, X4 məxsus Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən Baytarlıq aptekində vergi nəzarəti həyata keçirilmişdir. İş materiallaırna əlavə edilmiş “Lisenziya tələb olunan fəaliyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli, SERİYA DVX 000116 nömrəli aktadan görünür ki, operativ vergi yoxlaması zamanı vergi ödəyicisi F.N.Rəhimovanın sahibkarlıq fəaliyyəti göstərdiyi Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekində “Lisenziyala və icazələr haqqında” Azərbaycan Respubliaksının Qanununun tələblərinin pozulduğu aşkar edilmişdir. İş materialalrına əlavə edilmiş X2 9 saylı Ərazi Verilər İdarəsinə ünvanladığı izahatından görünür ki, o, Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekində xx.xx.2024cü il tarixdən etibarən razılıq (lisenziya) olmadan fəaliyyət gəstərmiş və 93 manat gəlir əldə etmişdir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X5 tərəfindən 93 manat pul dövlət büdcəsinə ödəmişdir. Məhkəmə araşdırması zamanı F.N.Rəhimovanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində götərilir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nın 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətdiyinə, həmçinin inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyünə görə inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar