Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-377/2024 03.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsininin əməkdaşı X4 iştirakı ilə, xx.xx.1964-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu Cəyli kəndində qeydiyyatda olan. Ş/V- AZE15736798 X3 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 xx.xx.2024-cü il tarixdə saat 12.00-da Kürdəmir şəhəri H.Əliyev prospektində lisenziya olmadan baytarılıq apteki işlətdiyi aşkar olunmuş, nəticədə C.N.Mikayılov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs C.N.Mikayılovun ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsininin əməkdaşı X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12.00-da X1 Kürdəmir şəhəri H.Əliyev prospektində lisenziya olmadan baytarılıq apteki işlətdiyi aşkar olunmuşdur. Yoxlama zamanı C.N.Mikayılov izahat verərək həqiqətəndə xx.xx.2024-cü il tarixdən lisenziya olmadan baytarılıq apteki işlətdiyini və 100 manat gəlir əldə etdiyini etiraf etmişdir. Bundan sonra Azərbaycan Respublikası İXM-nın 398-ci maddəsi ilə C.N.Mikayılov barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və protokol digər sənədlərlə biryerdə baxılması üçün məhkəməyə göndərilmişdir. C.N.Mikayılov ilk dəfədir ki, həmin maddə ilə inzibati xəta törədib. Bütün bunları nəzərə alaraq tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallaırna əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********4153 nömrəli “Operativ vergi nəzarəti həyata keçirilməsi haqqında qərardan görünür ki, X2 məxsus Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən Baytarlıq aptekində vergi nəzarəti həyata keçirilmişdir. İş materiallaırna əlavə edilmiş “Lisenziya tələb olunan fəaliyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli, SERİYA DVX 000118 nömrəli aktadan görünür ki, operativ vergi yoxlaması zamanı vergi ödəyicisi C.N.Mikayılovun sahibkarlıq fəaliyyəti göstərdiyi Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekində “Lisenziyala və icazələr haqqında” Azərbaycan Respubliaksının Qanununun tələblərinin pozulduğu aşkar edilmişdir. İş materialalrına əlavə edilmiş X1 9 saylı Ərazi Verilər İdarəsinə ünvanladığı izahatından görünür ki, o, Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekində xx.xx.2024cü il tarixdən etibarən lisenziya olmadan fəaliyyət gəstərmiş və 100 manat gəlir əldə etmişdir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X3 tərəfindən 100 manat pul dövlət büdcəsinə ödəmişdir. Məhkəmə araşdırması zamanı C.N.Mikayılovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində götərilir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nın 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətdiyinə və inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyünə görə inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-377/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-377/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver