Məhkəmə qərarları › İş №3(041)-379/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-379/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-379/2024 22.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ (İnzibati tənbeh tətbiq etmə haqqında) Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Şıxımlı kəndində küçədə Kürdəmir RPŞnin əməkdaşı X1 ünvanına ucadan ışqıraraq nalayiq ifadələr işlətməklə onun üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 raportu əsasında Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə qohumları əsəgrlikdən gəlmiş və evlərində qonaqlıq təşkil etmiş o, da orada iştirak edərək az miqdarda araq işçiş və evə gəldikdən sonra arvadı ona araq içməsini irad bildirmiş, o, sərxoş olduğu üçün arvadı ilə mübahisə edərək onunla mübahiosə etmişdir. Həmin vaxt onların yanında olan oğlu Xudayar DİN-nin 102 xidmət mərkəzinə zəng edərək məlumat vermiş və məlumat əsasında polis əməkdşları onun yaşadığı ünvana gələrək məsələnin mahiyyətini izah etdikdən sonra onlarla birlikdə Kürdəmir RPŞ-nə getməsini xahiş etsələr də o, polis şöbəsinə getmək istəməmiş, küçədə ucadan qışqıraraq adını sonradan bildiyi polis əməkdaşı Orxan Ağayevi nalayiq ifadələrlə təhqir etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ TB-də təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞdə növbətçi hissədə olarakən DİN-nin 102 xidmət mərkəzindən daxil olmuş şikayət əsasında Şəxs Kürdəmir rayou Şıxımlı kəndində yerləşən evinə getmiş və həmin vaxtı orada Ceyhunun sərxoş vəziyyətdə arvadı və uşağını ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etməsini görüb ona yaxınlaşıb özünü təqdim etdikdən sonra ona sakitləşməsini və ona məsələnin mahiyyətini izah etdikdən sonra izahatı alınması üçün onlarla birlikdə Kürdəmir RPŞ-nı xahiş etsə də Ceyhun polis şöbəsinə getməyəcəyini bildirib ucadan qışqıraraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt qonşular da küçəyə çıxmış və Ceyhunun hərəkətlərinin şahid ollmuşlar Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat cərimə cəzası tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar