Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-379/2025 24.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokolu tərtib edən X5 iştirakları ilə, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon polis şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdan, saat 19 radələrindən, 24.01 2025-ci il tarixdə saat 19 radələrindək keçən müddət ərzində Kürdəmir şəhəri, X.İslamzadə küçəsində dayanmış Zərərçəkmiş şəxs maxsus qırmızı rəngli "Chevrolet Cruze" markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin benzin çəninə qənd və təhlükəli maddəni qasdən tökərək sözügedən avtomobili yararsız hala salaraq Zərərçəkmiş şəxs 2500 manat maddi ziyan vurmuş, nəticədə nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zərərçəkmiş şəxs izahatında, özünəməxsus olan qırmızı rangli "Chevrolet Cruze" markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu, həmin avtomobilə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Kürdəmir şəhəri Babək küçəsində yerləşən "Socar YDM" dan benzin vurub yaşadığı evə getdiyini, təxminən həmin benzinlə 3 gün avtomobilini idarə etdiyini və xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı evə gəldiyini, avtomobilini evinin yaxınlığında Kürdəmir şəhəri X.S.İslamzadə küçəsində yola paralel saxladığını, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində avtomobilini işə salıb yenidən "Socar YDM" nə getdiyini, YDM-də avtomobilinin benzin çənini açan zaman avtomobilinin benzin çəni şəkər tozu ilə dolu olduğunu gördüyünü, avtomobilinə benzin vurmaq mümkün olmadığını, ona görə də avtomobili ilə yaşadığı evə gəldiyini və avtomobilini X.S.İslamzadə küçəsində saxladığını, xx.xx.2025-ci il tarixdə avtomobilini Kürdəmir rayonu Atakişili kəndində fəaliyyət göstərən Tural ustanın yanına apardıqlarını, Tural ustanın onun avtomobilinin benzin çənini sökdüyünü və avtomobilinin benzin çənindən qənd, qırmızı rəngli mayenın çıxdığını, qırmızı rəngli mayenin marganisə oxşatdığını, Tural ustanın avtomobilini təmir etdiyini, avtomobilinin benzin çəninə qənd və marqanisin qəsdən tökülməsi nəticəsində avtomobilinin mühərrikinin yararsız hala düşdüyünü, benzin çəninə qəsdən tökülmüş qənd və marqanis nəticəsində ona 2500 manat maddi ziyan dəydiyini, avtomobilinə qəsdən ziyan vuran şəxs barəsində heç bir məlumatının olmadığını, avtomobilinin benzin çəninə qəsdən qənd va marqanisin xx.xx.2025-ci il tarixdə saat 19 radələrindən, xx.xx.2025-ci il tarixdə saat 19 radələrinədək keçən müddət ərzində naməlum şəxslərin tökdüyünü bildirmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs tərəfindən avtomobilinə şəkər tozu töküldüyünü şəxsən görməmiş, polis şöbəsindən telefonuna göndərililən videogörüntülərdə Şəxs həmin vaxtlar ərazidən keçdiyi görüntülənmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ruhi xəstəliyi ilə bağlı yaddaşında problemləri var və bununla bağlı Bakı şəhərində müalicə alır. Zərərçəkmiş şəxs tanımır və onun avtomobilinə heç bir ziyan vurmamışdır. İnzibati xəta haqqında protokolu tərtib edən X6 izahatında bildirdi ki, protokolu Kürdəmir RPŞ-nin TB-nın təhqiqatçısı, polis kapitanı X1 qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025 ci il tarixli qərarı əsasında tərtib etmiş, inzibati xətanın Şəxs tərəfindən törədilməsini təsdiq edən əlavə sübutlar ona təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Kürdəmir RPŞ-nin TB-nın təhqiqatçısı, polis kapitanı X1 qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025 ci il tarixli qərarından görünür ki, xx.xx.2025 ci il tarixdə Kürdəmir rayonu Cənub məhəlləsi Cavanşir küçəsi ev 29 da qeydiyyatda olan və hal hazırda Kürdəmir şəhəri Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi zəng xidmətinə və Kürdəmir RPŞ-ya ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrindən xx.xx.2025-ci il tarixdə, saat 19 radələrindək keçən müddət ərzində ona məxsus olan "Chevrolet Cruze" markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çəninə naməlum şəxs(lər)in qəsdən qənd və təhlükəli maddə tökərək ona maddi ziyan vurduğunu, avtomobilinə maddi ziyan vuran şəxs(lər)i müəyyən edib cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir. Verilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər zamanı həmin hadisəni Kürdəmir rayonu Atakişili kənd sakini Şəxs törətməsi müəyyən edilmiş, lakin Şəxs yerinin müəyyən edilərək RPŞ-nə gətirilməsi hələlik mümkün olmamışdır. Şəxs ətrafında tədbirlər davam etdirilir. Təhqiqat araşdırması zamanı Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntqəsi tərəfindən verilmiş ziyan aktından görünür ki, "Chevrolet Cruze" markalı **-AB- *** d.n.nlı avtomobilə baş vermiş hadisə zamanı 2500 manat maddi ziyan dəymişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdan, saat 19 radələrindən, 24.01 2025-ci il tarixdə saat 19 radələrindək keçən müddət ərzində Kürdəmir rayonu Atakişili kəndində yaşayan Hüseynov X2 şəhəri X.S.İslamzadə küçəsində dayanmış Zərərçəkmiş şəxs maxsus olan qırmızı rəngli "Chevrolet Cruze" markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin benzin çəninə qənd və təhlükəli maddəni qəsdən tökərək sözügedən avtomobili yararsız hala salmış və bununla da Şəxs Zərərçəkmiş şəxs 2500 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsinin tərkibi yaranması üçün zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmalıdır, yəni Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci va 189-1-ci maddələrində "xeyli miqdar" dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Ona görə də toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməlidir. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməlidir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tarkibi olduğundan, Şəxs olduğu yerin müəyyən edilərək barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilməsini qərara almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Hazırki iş üzrə, inzibati xəta haqqında protokol Kürdəmir RPŞ-nin TB-nın təhqiqatçısı, polis kapitanı X1 qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025 ci il tarixli qərarı əsasında tərtib edilmiş, Şəxs təhqiqat araşdırması zamanı və inzibati xəta haqqında protokol tərtib edilərkən izahatı alınmamış, inzibati xətanın Şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Kürdəmir rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Qeyd edilən çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Kürdəmir rayon Polis şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Kürdəmir rayon polis şöbəsinə qaytarılsın. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-379/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-379/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver