Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-38/2023 09.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Karrar kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15.40-da Kürdəmir rayon polis şöbəsinin inzibati binasının yaxınlığında ucadan ünvansız nalayiq ifadələr işlətmiş, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Toplanmış material üzrə Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi Orxan Ələsgərov tərəfindən Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN1359815 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə birlikdə adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Karrar kəndində yaşayır, spirtli içki aludəçisidir. xx.xx.2023-cü il tarixdə yaşadığı nahar edərkən bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün işləri ilə əlaqədar Kürdəmir şəhərinə gəlmiş və polis şöbəsinin inzibati binasının qarşısından keçərkən içkinin təsirindən ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq ictimai yerdə səs-küy salmamasını demişlər və yüksək səslə danışmağa davam etdiyi üçün onu polis şöbəsinə aparmışlar. Şəxs izahatının sonunda əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. X1 ifadəsində bildirdi ki, Kürdəmir rayon polis şöbəsində serjant işləyir, xx.xx.2023-cü il tarixdə şöbənin qapı postunda xidmət edərkən sonradan tanıdığı Şəxs ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdür. Şəxs yaxınlaşıb öznini təqdim edərək ictimai yerdə səsküy salmamasını xahiş və tələb etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Nəticədə onu şöbəsinə aparmışlar. Şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Şəxs törətdiyi inzibati xəta özünün izahatı, şahidin ifadəsi, habelə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, AZA000051 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə, saat 16.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 30-cu maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 05 (beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2023-cü il saat 16.00-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(041)-38/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-38/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver