Məhkəmə qərarları › İş №3(041)-380/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-380/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-380/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646166 nömrəli inzibati xəta haqqında protokola və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-ci il tarixdə, saat 20 radələrində Kürdəmir rayonu Soltan Şixalıyev küçəsində saxlanılaraq Kürdəmir rayon polis şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin qabaq sol cibindən bir ədəd gümüşü rəngli kağız bükümün içərisində təmiz çəkisi 0.025 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki Şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlanması və daşımasında şöbhələr olduğundan, xx.xx.2023-cü il tarixdə saxlanılaraq Kürdəmir rayon polis şöbəsinə aparılmış, üzərinə baxış zamanı əynində olan gödəkcənin cibindən 1 ədəd bükümü təqdim edərək içərisində təmiz çəkisi 0.025 qram olan narkotik vasitə heroin olduğunu bildirmişdir. Hərəkətlərində cinayət tərkibi olmadığı üçün Kürdəmir RPŞ-nın İB-nın müstəntiqi Natiq Həsənov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra N.R.Şəfiyev barəsində Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlanması və daşımasında şöbhələr olduğunu bildirmiş və onu polis şöbəsinə aparmışlar. Kürdəmir rayon polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakı ilə üzərində axtarış aparılmış, həmin vaxt özü könüllü olaraq əynində olan paltarın cibindən içində narkotik vasitə heroin olan 1 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni tapmış və gələcəkdə istifadə etməsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır və nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 18/83 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin X2 rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş 01 ədəd kağız bükümdə içərisində təmiz çəkisi 0.025 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir Həmin narkotik maddə tədqiqata 0.01 qram istifadə olundu və qalıq 0.015 qram qalmışdır. İş materiallarına əlavə edilmiş, cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2023-cü il tarixli qərarından məlum olur ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş 0.025 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin çəkisi şəxsi istehlak miqdarından az olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-26/2023 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəxs əməli özünün etirafı, Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2023-cü il tarixli rəyi və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasınını rədd edilməsi barədə qərar ilə tam sübuta yetirilmişdir. Belə ki, o, xalis çəkisi 0.025 qram maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib özündə saxlamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-26/2023 saylı hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut- tədqiqatdan sonra qalan təmiz çəkisi 0.015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qeyd: Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-26/2023 saylı hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınaraq, qərar bu hissədə icraya yönəldilməsin. Şəxs üzərindən aşakar edilərək götürülmüş və tədqiqata təqdim edildikdən sonra qalan 0.015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə, Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar