Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-380/2024 22.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində Kürdəmir RPŞ-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evində arvadının ondan xəbərsiz evdən getməsini və onu xəbərdar etmədən mobil telefon almasını ona irad tutmuş və mübahisədən sonra arvadı evi tərk edərək öz valideynlərinin evinə getmişdir. xx.xx.2024cü il tarixdə axşam saatlarında qaynatasına məxsus evə gedərək mübahisəyə aydınlıq gətimək istəmiş, həmin vaxt oğlu ondan qorxduğu üçün DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Şikayətlə bağlı Kürdəmir rayon polis şöbəsinin əmkdaşları həmin ünvana gələrək məsələni aydınlaşdırmağa çalışmışlar və izahat verməli olduğunu bildirmişlər və polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuş, oradan qaçmaq istəmişdir. Nəticədə polis şöbəsinə aparılıb izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşimandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, Kürdəmir RPŞ-nın sahə polis nəfəri işləyir, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan X4 DİN-nin 102 xidmətinə zəng vuraraq atasının həbsdən yeni çıxdığını və anasının başını kəsəcəyi ilə hədələdiyini bildirmişdir. Şikayət qeydiyyata alındıqdan sonra dərhal qeyd edilən ünvana getmişlər, Şəxsla görüşüb söhbət etmişlər və izahat verməsi üçün şöbəyə getməli olduğunu izah etmişlər. Lakin Şəxs əsəbi halda onlarla mübahisə edərək şöbəyə getməkdən və izahat verməkdən imtina edərək oradan qaçaraq işıq dirəyinə çıxmış və ona yaxınlaşdıqları təqdirdə intihar edəcəyini bildirmişdir. Şəxs onların qanuni tələblərinə tabe olmadığı üçün məcburi qaydada tutaraq şöbəyə aparmışlar və izahatını aldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmədə şahid qismində dindirilən X7 da ifadəsində şahid X1 qeyd etdiyi xüsusatları təsdiq etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000350 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 22.50-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu 20 aprel 2024cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-380/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-380/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver