Məhkəmə qərarları › İş №3(041)-381/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-381/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-381/2024 22.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ (İnzibati tənbeh vermə haqqında) saat 16.00-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə qohumları əsəgrlikdən gəlmiş və evlərində qonaqlıq təşkil etmiş o,da orada iştirak edərək az miqdarda araq işçiş və evə gəldikdən sonra arvadı ona araq içməsini irad bildirmiş, o, sərxoş olduğu üçün arvadı ilə mübahisə edərək onunla mübahiosə etmişdir. Həmin vaxt onların yanında olan oğlu Xudayar DİN-nin 102 xidmət mərkəzinə zəng edərək məlumat vermiş və məlumat əsasında polis əməkdşları onun yaşadığı ünvana gələrək məsələnin mahiyyətini izah etdikdən sonra onlarla birlikdə Kürdəmir RPŞ-nə getməsini xahiş etsələr də o, polis şöbəsinə getmək istəməmiş,etirazını bildiriək polisin qanuni tələbinə tabe olmayıb, küçədə ucadan qışqıraraq adını sonradan bildiyi polis əməkdaşı Orxan Ağayevi nalayiq ifadələrlə təhqir etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ TB-də təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-də növbətçi hissədə olarakən DİN-nin 102 xidmət mərkəzindən daxil olmuş şikayət əsasında Şəxs Kürdəmir rayou Şıxımlı kəndində yerləşən evinə getmiş və həmin vaxtı orada Seymurun sərxoş vəziyyətdə arvadı və uşağını ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etməsini görüb ona yaxınlaşıb özünü təqdim etdikdən sonra ona sakitləşməsini və ona məsələnin mahiyyətini izah etdikdən sonra izahatı alınması üçün onlarla birlikdə Kürdəmir RPŞ-nı xahiş etsə də Seymur polis şöbəsinə getməyəcəyini bildirib etiraz etmiş, polisin qanuni tələblərinə tabe olmayaraq ucadan qışqıraraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt qonşular da küçəyə çıəxmış və Seymurun hərəkətlərinin şahid ollmuşlar. Bundan sonra onlar Seymuru məcburi şəkildə polis şöbəsinə gətirib barəsində AR İXM-nin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı zərərçəkmiş şəxsin izahatı,hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000370 nömrəli inzibati qaydada tutuma haqqında protokolun surətində görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23.55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar