Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-381/2025 05.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Qərardan şikayət verən X1 iştirakı ilə X1 barəsində Bakı şəhər Baş Polis İdarəsinin Müşayiət-Eskort bölüyünün yol patrul xidmətinin əməkdaşı, polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında İXP-7021794 saylı protokolun ləğv edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər Baş Polis İdarəsinin Müşayiət-Eskort bölüyünün yol patrul xidmətinin əməkdaşı, polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında İXP-7021794 saylı protokolun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizəsinin təmin edilməsini xahiş etdi və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ona təqdim edilmədiyini bildirdi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Odur ki, X2 izah edilir ki, barəsində Bakı şəhər Baş Polis İdarəsinin Müşayiət- Eskort bölüyünün yol patrul xidmətinin əməkdaşı, polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında İXP-7021794 saylı protokoldan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARAALDİ: X1 barəsində Bakı şəhər Baş Polis İdarəsinin Müşayiət-Eskort bölüyünün yol patrul xidmətinin əməkdaşı, polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında İXP-7021794 saylı protokolun ləğv edilməsi barədə ərizəsi geri qaytarılsın HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-381/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-381/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver