Məhkəmə qərarları › İş №3(041)-383/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-383/2023

15.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-383/2023 15.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, Kürdəmir ayonunun Atakişili kəndində qeydiyyatda olsa da Bakı şəhərinə yaşayır. Onun barəsində polis şöbəsinə edilmiş şikayətlə əlaqədar xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş və o, da Bakı şəhərində olduğunu və xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonuna gələcəyini demiş və dediyi tarixdə də Kürdəmir ayon prokurorluğunda olmuşdur.O, Kürdəmir rayon prokurorluğunda olarkən polis əməkdşaı Fəhmin Kərimli prokurorluğa gələrək onun qoluna qandlı keçirib polis şöbəsinə aparmışdır. Onu pois şöbəsinə aparandan sonra Fəhmin Kərimli onu əli bağlı dizi üztə yerə otuzduraraq onun əmisinə də borcunu olduğunu bildirərək döymüş və ona xəsarətlər yetirmişdir. O, polisə heç bir tabesizlik göstərməmiş və polisin tələbini icra etmişdir. Onu Kürdəmir şəhəri, H.Əliyev prospektində deyil məhz Kürdəmir ayo prokurorluğundan aparmışlar. Həmin vaxtı da o, əli bağlı heç bir söz demədən polis şöbəsinə getmişdir. Polis şöbəsinə gələndən sonra onun barəsində inzibati xəra haqqında protokol tərtib emişlər. Hesab edir ki, o, heç bir tabesizlik etməmiş və qanun pozuntuzuna yol verməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də baş inspektor vəzifəsində işləyir. Samir Ələkbərovu əvvəllər tanımamışdır. Samir Ələkbərov barəsində Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinə araşdırma aparıldığı üçün o, dəfələrlə polis şöbəsinə dəvət edilsə də o, hər dəfə müxtəlif bəhanələrlə polis əməkdaşlarını aldadaraq çaırışdan yayınmışdır. xx.xx.2023-üc il tarixdə polis əməkdaşları X1 şəhəri, H.Əliyev prospektində görüb ona yaxınlaşaraq özlərini təqdim edib barəsində olan şikayətlə bağlı onlarla birlikdə Kürdəmir rayon polis şöbəsinə getməsini xahiş etsələr də o, polis əməkdşları ilə mübahisə edərək yedən şüşə parçasını götürüb özünü kəsəcəyini bildirib ondan uzaqlaşmalarını tələb etmiş, polis əməkdaşları isə onu sakitləşdirmək istəsələr də o, sakitləşməmiş və öz qanunsuz əməllərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat açılmış şəxs Şəxs izahatında polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiklərini, o, da Kürdəmir ayon prokurorluğuna özünün gəldiyini və oradan da Fəhmin Kərimlinin onu qolunu bağlayaraq polis şöbəsinə apardığını və polis əməkdaşlarına qarşı heç bir qanunsuz hərəkətlərə yol vermədiyini, bundan əlavə məhkəmədə polis əməkdaşı da Şəxs polisin qanuni tələblərinə tabesizlik göstərməsini sübut edəcək digər sübutlar təqdim edə bilməmiş, onun polis şöbəsinə məcburi gətirilməsi və ya onun polis dəvət olunması ilə bağlı rəsmi bildirişi məhkəməyə təqdim etmişlər. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırması zamanı əldə olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs göstərdikləri xüsatların yoxlanılması üçün Kürdəmir rayon Prokurorluğuna məlumat verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar