Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-384/2023 15.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs oğlu və Rəhimov Şaəmi oğlunun iştirakı ilə 21.1.2004-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Kürdəmir şəhəri,Aran qəsəbəsi,ev 3/12-də yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə sürüülük hüququ olmadan idarə etdiyi “Hyndai Elantra” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Koroğlu küçəsində yol hərəkəti qaydasını pozaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, Kürdəmir ayonunun Aran qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs tanıyır onlar eyni binada qalırlar. Münasibətləri normaldır. xx.xx.2023-cü il tarixdə yaşadıqları binanın həyətində olan ağacı kəsmək istəmiş və Aləmdən avtomobilini ağacın altından götürməsini xajiş emi, Aləm isə yaşadığı 4-cü mərtəbədən aşağı düşmək istəməmiş və açarı ona verərək avtomobili kənara çəkməsini xahiş etmişdir. O, da avtomobili ağaçın altından kənara çəkib saxlamışdır. O, ağacı kəsib qurtadıqdan sonra Zərərçəkmiş şəxs məxsus avtomobillə yaşadıqları binanın əətrafında dövrə vurub qayıtmaq qərarına gələrək avtomobilə əyləşib Kürdəmir şəhəri, Koroğlu küçəsi istiqamətində hərəkətdə olmuşdur. O, Koroğlu küçəsində avtomobili arxaya verərkən adını sonradan bildiyi Şəmi Rəhimovun idarə etdiyi “Mitsubishi L 200” markalı,**-AC-*** dövlət qediyyatlı nişanlı avtomobillə toqquşmuşdur. Bunda sonra o, avtomobildən düşüb hadisə eyrindən qaçmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Adi oğlu izahatıda göstərdi ki, “Hyundai Elentra” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Şəxs tanıyır və münasibətləri normaldır. Və onlar Kürdəmir rayonunun Aran qəsəbəsində yerləşən eyni binada yaşayırlar. xx.xx.2023-cü il tarixdə sat təxminən 20 radələrində o, evdə olan zaman Şəxs onun evinə gələrək həyətdə ağacı kəsdiyini və avtomobili ağacın altından götürmək lazım olduğunu demiş, o, da 4-cü mərtəbədən aşağı düşmək istəməmiş və avtombilin açarını Aslana verərək avtomobili ağacın altından kənara çəkməsini xahiş etmişdir. Bundan bir müddət sonra o, pəncərədən həyətə baxanda avtomobilin həyətdə olmadığını görüb həyətə düşmüşdür. Avtomobili hət\yətdə olmadığını görüb DİN-nin 102 xidmət mərkəzxinə zəng edərək Şəxs onun avtomobilini qaçırmasını məlumat vermişdir. Sonradan ona Şəxs avtomobili minərək KÜrdəmir şəhəri, Koroğlu küçəsinə getdiyini və orada əvvəllər tanıdığı Şəmi Rəhimovun idarə etdiyi “Mitsubishi L 200” markal,**-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşduğunu bilmişdir. Ona maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, onun idarə etdiyi “Mitsubishi L200” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 İdarəsinə məxsusdur. xx.xx.2023-cü il tarixdə,saat təxminən 20 radələrində o, Kürdəmir şəhəri,Koroğlu küçəsində idarıə etdiyi avtomobillə hərəkətdə olarkən adını sonradan bildiyi Şəxs idarə etdiyi “Hyundai Elentra” markalı avtomobillə onunla toqquşmuşdur. Bədən xəsarəti almasa da avtomobilə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-384/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-384/2023
15.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver