Məhkəmə qərarları › İş №3(041)-384/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-384/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-384/2025 30.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin baş inspektoru polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14.57-də DİN-nin 102 xidmətinə əsassız zənglər vuraraq operatorun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə ictimai qaydanı pozarkən, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin baş inspektoru polis baş leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayonu Xırdapay kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə saat 14.30-da DİN-nin 102 mərkəzi-zəng xidmətinə zəng vuraraq maddi vəziyyətinin pis olması səbəbilə köməklik istəmiş, aidiyyəti üzrə müraciətinin bildirilməsinə baxmayaraq qeydiyyata alınmasını istədiyini bildirmişdir. Bundan sonra o, həmin tarixdə saat 19.38-də DİN-nin 102 mərkəzi-zəng xidmətinə fasiləsiz zəng vuraraq sərxoş vəziyyətdə anlaşılmaz sözlər demişdir. Şəxs yenidən xx.xx.2025-ci il tarixdə saat 14.57-də DİN-nin 102 mərkəzizəng xidmətinə zəng vuraraq maddi vəziyyətinin pis olması səbəbilə köməklik istəmiş, Şəxs müvafiq izahat verilsə də, təkidlə müraciətinin qeydə alınmasını istəmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə saat 08.51-də Şəxs DİN-nin 102 mərkəzi-zəng xidmətinə zəng vuraraq xidmətin iş rejimini pozmuş, sərxoş vəziyyətdə ucadan söyüş söyməklə ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının ünvanına xoşagəlməz sözlər işlədərək onların qanuni tələblərinə tabe olmamış, şöbəyə getməkdən və izahat verməkdən imtina etmişdir. Nəticədə onu şöbəyə apararaq izahatını almış, əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır, xəstədir, dərman almağa pulu yoxdur, bununla bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq başına gələnləri izah etmiş, ona dərman almaqda köməklik edilməsini xahiş etmişdir. Ona müsbət cavab vermədikləri üçün əsəbindən ünvansız söyüşlər işlətmiş. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Sərxoş olduğu üçün etdiyi hərəkətləri tam xatırlamır. Etdiyi əməldən peşmandır və etdiyi əməllərə görə cərimə olunmasını məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş, xx.xx.2025-ci il tarixli protokollardan məlum olur ki, həmin tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokollarla tanış edilmiş, protokollarla razı olaraq imzalamış və izahat vermişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs ictimai qaydaları pozan hərəkətlərə yol verməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Şəxs eyni inzibati xətanı il ərzində dəfələrlə törətmiş və barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli, AZA000626 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 10.00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:30-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmalı, inzibati həbs etmənin əvvəli 30 aprel 2025-ci il tarixdən saat 18:30-dan hesablanmalıdır. həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 15 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbs etmənin əvvəli 30 aprel 2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar