Məhkəmə qərarları › İş №3(041)-388/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-388/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-388/2023 18.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə, Kürdəmir rayonu, Qarasaqqal kənd sakini Şəxs arvadı Zərərçəkmiş şəxs döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində yaşayan Osmanova X3 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək əri Şəxs tərəfindən döyüldüyünü bildirmiş, şikayət ərizəsi qeydiyyata alınaraq, təhqiqat aparılması üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Elçin Əzizovun icraatına verilmiş, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞnın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı onu döymüş, sonradan barışmışlar. Əməlindən peşmandır, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir, xx.xx.2023-cü il tarixdə, əri Şəxs ilə aralarında mübahisə olmuş, mübahisə vaxtı əri onu vurmuşdur. Hazırda barışıblar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, əri haqqında olan inzibati xəta haqqında iş üzrə icraata verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar