Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-389/2025 13.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X19 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, Vəkil, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin 720 saylı postun baş inspektoru X8 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan,Tovuz rayonu Əlimərdanlə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs 22 sentyabr 2024-cü il tarixdə, saat 16.30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Kürəmir rayonu, kənd Karrar kəndi ərazisindən keçən 175-ci km-də idarə etdiyi “Toyota Prius” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Daşkəsən rayonu, Pirverdilər kəndində qeydiyatda olan, xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes Benz C230” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı minik avtombili ilə toqquşduqdan sonra, arxadan hərəkətdə olan Salyan rayonu, Xalac kəndində qeydiyatda olan, xx.xx.1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes Benz E200” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı avtomobilin sərnişinləri Tovuz rayonu Əlimərdanlı kəndində qediyatda olan, xx.xx.1978-ci il təvəllüdlü X1 yüngül bədən xəsarəti yetirilmişdir. Şəxs zərər çəkmiş şəxslərlə barışdığından X2 ağır zərər vurulmasına dair toplanmış material üzrə Azərbaycan Respubliaks DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X5 xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X3 yüngül bədən xəsarəti alması ilə əlaqədar Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-nin 7 saylı tağımına göndərilməsi qərara alınmış, bu faktla əlaqədar inzibati xəta haqqında tərtib edilmiş protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 22 sentyabr 2024-cü il tarixdə saat 16.30 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu, Karrar kəndi ərazisindən keçən hissədə idarə etdiyi “Toyota Prius” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Tər-Tər rayonundan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobili yığışdıra bilmədiyi üçün avtomobillə toqquşmuş, avtomobildə olan sərnişinlərdən qızı Zərifə yüngül xəsarət almışdır. Digər avtomobilə maddi ziyan dəysə də o, maddi ziyanları ödəmiş və zərərçəkmiş şəxslərlə barışmışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs X12 göstərdi ki, Şəxs 22 sentyabr 2024-cü il tarixdə, saat 16.30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Kürəmir rayonu, Karrar kəndi ərazisindən keçən 175-ci km-də idarə etdiyi “Toyota Prius” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Daşkəsən rayonu, Pirverdilər kəndində qeydiyatda olan xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes Bnez C230” markalı,**-RB-*** dövlət qeydiyyat nişanlı minik avtombili ilə toqquşduqdan sonra, arxadan hərəkətdə olan Salyan rayonun Xalac kəndində qeydiyatda olan xx.xx.1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes Benz E200” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, avtomobilin sərnişinləri Tovuz rayonu, Əlimərdanlı kəndində qediyatda olan xx.xx.1968-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.1978-ci il təvəllüdlü X9 və “Toyota Prius” markalı avtomobilin sürücüsü xəsarət almışlar. İbtidai İsinaq zamanı zərərçəkmiş şəxslər dəymiş ziyanın ödənildiyini və onların heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Ona görə də material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin V.Abdiyev barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar onlara göndərilmişdir. Protokol onun tərəfindən tərtib olunmuşdur. Materialda olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, material üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 442 saylı, xx.xx.2024-cü il tarixli,458 və 459 saylı ekspert rəylərinə əsasən, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ gözaltı nahiyəsində,şişkinlikqançır,həmin gözün ağlı qişasında qansızmalar,bururn nahiyəsində şişkinlik,sol baldırın orta 3/1-də ön səthində tikişə ehtiyac olan yara,yara ətafında və baldırın yuxarı iç hissəsində qansızmalar,sol bazunun səthində aşağı 3/1 nahiyəsində qançır,sağ dizin aşağı və iç hissəsində qançır küt təsirdən tərəmişdir,qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməyə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. X7 bədəni üzərində aşkar edilmiş xəsarətlər-hər iki baldırın əziyi küt əşya təsirindən törəmişdir,qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur,sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X6 bədəni üzərində aşkar edilmiş xəsarətləralın nahiyəsinin sol yarısının qançırı,sol gözaltı nahiyəsinin hematoması,kəllə beyin travması,baş beyinin üngül dərəcəli əzilməsi,alın sümüyünün sol orbitindən keçən minimal yerləşdirilmiş sınığı,pnevmosefaliya,alın və sol paraorbitaj ymşaq toxulmaların əzilməsi küt əşya təsirindən törəmişdir,qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlərə aid edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, material üzrə təyin olunmuş yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2791 saylı ekspert rəyində “Toyota Prius” markalı,**-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin süücüsü Şəxs hərəkətərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliaksı Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 276 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs hadisə baş verən gün sərxoş olmamışdır. AE 053602 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs sürücülük hüququ vardır və xx.xx.2029-cu ilədək etibarlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi tədqiq olunmuş sübutlarla tam sübuta yetir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırma növündə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənilməsini və işin digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərarın icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-389/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-389/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver