Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-39/2023 10.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X5 və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1990-cı Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Bağman kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə yaşadıqları Kürdəmir rayonunun Bağman kəndin mərkəzi hissəsidə cammatın çox olan yeridə həmkəndlisi X2 nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 ərizəsi əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, kəndin mərkəzi hissəsində yerləşən dükana gedərkən həmkəndlisi Nəcməddin onu görüb nalayiq ifadələrlə təhqir etmiş o, o, isə Nəcməddinə heç bir söz deməmişdir. Onlar arasında olan münaqişəyə səbəb 20 il bundan qabaq Nəcməddin atası Şamilin onlara 2,72 ha torpaq sahəsini satması olmuşdur. Belə ki, onlar torpaq sahəsini Nəcməddin atası Şamildən pulla alsa da Şamilə inandıqları üçün torpaq sahəsini rəsmiləşdirməmişlər. Onlar torpaq sahəsini rəsiləşdirməsə də həmin vaxtdan həmin torpaq sahəsinə görə subsidiyaları alırlar. Nəcməddin onlardan həmin torpaq sahəsindən çıxmalarını tələb etdiyi üçün demək olar ki, hər dəfə rastlaşanda onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Nəcməddini təhqir etməmiş və ona heç bir söz deməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Taryel onun həmkəndlsiidir. Münasibələri normal deyildir. Belə ki, 20 il bundan qabaq atası Şamil özlərinə məxsus torpaq sahəsini Taryelin atası Yaquba vermiş və 20 ildir ki, onlar həmin torpaq sahəsinə subsidiya almaqla həmin torpadan istifadə edirlər. Hazırda o, özü həmin torpqa sahəsini istifadə etmək üçün torpaq onlardan geri istəsə də onlar torpaq sahəsindən çıxmamışlar. Lakin bu il o, Taryelgilə həmin torpaq sahəsini əkməyə imkan verməmiş, Taryel və qardaşı qəsdən onların yerlərini suya basmışlar və buna görə aralarında mübahisə yaranmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, Taryellə kəndin mərkəzi hissəsində yerləşən dükanın qabağında Taryellə rastlaşmış və Taryel onu nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, torpaq sahəsini 120 şirvana Taryelin atası Yaquba versə də Yaqub 60 şirvan pul və yarsını da buğda şəkilində vermişdir.20 ildir ki, Yaqubgil həmin torpaq sahəsindən istifadə edir və həmin torpaq1 sahəsinə görə də subsidiya alırdılar. Lakin bu il həmin torpaq sahəsini özləri əkmiş və Taryelgili həmin torpaq sahəsindən çıxradıqları üçün Taryel və qardaşı qəsdən onların torpaq sahəsini suya verərək onlara ziyanlıq vurmuşlar. Aralarında mübahisə buna görə də başlamış və Taryel Nəcməddini kəndin ortasında nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs özünü təqsirli bilməyərək, həmin gün yəni xx.xx.2023-cü il tarixdə X3 ilə mübahisə edərək ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etmədiyini, ictimai qaydanı pozan və ya hərəkətlər etmədiyini bildirsə də, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, hadisənin baş vermə şəraiti, habelə iş materialları ilə və məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati icraat açılmış şəxs Şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-39/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-39/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver