Məhkəmə qərarları › İş №3(041)-39/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-39/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-39/2024 12.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü il tarixdə Kürdəmir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (AA2036497) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN1832056 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinə oğlu üçün gətirdiyi sovqatın içərisindən 3 ədəd bükümdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, narkotik maddələrin istifadəçisi deyil. Oğlu Aqil cinayət törətdiyi üçün həbs olunmuş, hazırda onun cinayət işinə Kürdəmir rayon Məhkəməsində baxılır. Bir müddət əvvəl Kürdəmir rayon Təzə Bazar deyilən yerdə olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb oğlu Aqil üçün sovqat gətirdiyini və həmin sovqatı Aqilə verməsini xahiş etmişdir. Torbanın içərisində şirniyyat və xırda əşyalar olduğundan oğluna vermək üçün gətirib yaşadığı evdə saxlamışdır. xx.xx.2023-cü il tarixdə oğlu Aqilin Kürdəmir rayonu polis şöbəsinin müvəqqəti saxlama yerinə gətirildiyini eşitmiş və sovqatı oğluna vermək üçün şöbəyə getmişdir. Şöbədə polis əməkdaşları tərəfindən torba yoxlanılarkən içərisində olan şirniyyatın içindən 3 büküm narkotik maddə qrudulmuş marixuana çıxdığını eşitmişdir. Ş.M.Baxşıyev izahatının sonunda əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 tərəfindən tərtib edlmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan oğlu üçün sovqat gətirmiş, polis əməkdaşları tərəfindən yoxlama işləri aparılarkən sovqatın içərisindən 3 ədəd bükümdə narkotik maddə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Ekspertiza tədqiqatından sonra hərəkətlərində cinayət tərkibi olmadığı üçün Kürdəmir RPŞ-nın İB-nın müstəntiqi Fuad Babayev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞnın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 18/1056 nömrəli, xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsinin verdiyi ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 3 ədəd politelin kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0.29 qram, 0.46 qram, 0.86 qram, ümumi təmiz çəkisi 1.61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birtkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0.06 qram sərf olundu və qalıq 1.55 qram qalmışdır. Şəxs əməli özünün etirafı, xx.xx.2023-cü il tarixli ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, narkotik vasitə olan qrudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərindən aşakar edilərək götürülmüş və tədqiqata istifadə edildikdən sonra qalmış 1.55 qram qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə və Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar