Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-392/2023 18.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail rayon polis idarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli, 47/2-9927 nömrəli məktubu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP5287244 nömrəli və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP5309978 nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan qaydanı pozduğuna görə İXP5023714 və İXP5103224 nömrəli inzibati xəta haqqında protokollarla tərtib edilmiş inzibati cərimələri qanunla müəyyən edilmiş üç ay müddətinə ödəməli olduğu halda bunu etməmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 103.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Məhkəməyə daxil olmuş materialdan görünür ki, sözü gedən inzibati xəta haqqında protokollar xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixlərdə tərtib edilmiş, xx.xx.2023-ci il tarixdə Kürdəmir rayon məhkəməsinə daxil olmuşdur. Bundan əlavə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, Bakı şəhəri Səbail rayon DYPŞ-nın əməkdaşları X1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP5287244 nömrəli inzibati xəta haqqında protokol və X3 tərəfindən xx.xx.2023cü il tarixdə tərtib edilmiş İXP5309978 nömrəli inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin bununla bağlı müəyyən edilmiş tələblərinə cavab vermir. Belə ki, hər iki protokolda icra edilməyən qərarların tarixi göstərilməmiş və həmin qərarların surəti iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsində məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: Bakı şəhəri Səbail rayon polis idarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material Bakı şəhəri Səbail rayon polis idarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-392/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-392/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver