Məhkəmə qərarları › İş №3(041)-4/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-4/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-4/2023 05.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəməmin hakimi X11, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Kürdəmir şəhəri, H.Əliyev pr.. 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X6 barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində yaşadıqları evdə anası X4 döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 RPŞ-nin TB-nin təhqiqatcısı Tural Hüseynovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ona verilmədiyini bildirərək, həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon prokuroruna şikayət etmək hüququnu təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-cı il tarixli qərarın surətinin tərəflərə təqdim edilməsini təsdiq sübut olmadığına görə, işdə olan qərarın surəti çıxarılaraq X5 təqdim edilmiş və həmin tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Kürdəmir rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Kürdəmir rayon prokurorluğunun 5/590-xid-22 saylı məktubundan görünür ki, Kürdəmir RPŞ-nin TB-nin təhqiqatcısı Tural Hüseynovun xx.xx.2022-ci il tarixdə qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyn edilməmişdir. İcraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırıldığı üçün xx.xx.2022-ci il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Məhkəmə iclasına inzibati xəta törədən şəxs və zərərçəkmiş şəxs gəlmədikləri üçün həmin tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış və onların məhkəməyə məcburi gətirilmələri gətiriləməli elan edilmişdir. xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və zərərçəkmiş şəxs X7 polis əməkdaşları tərəfindən məhkəməyə gətirildikləri üçün icraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırılmış, xx.xx.2023-cü il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. xx.xx.2022-ci il tarixdə anası ilə aralarında mübahisələri düşmüş, mübahisə vaxtı anasını vurmamış, lakin əli ilə onu itələmişdir. Mübahisədən sonra anası şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Hazırda anası ilə barışıb, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, X6 onun qızıdır, xx.xx.2022-ci il tarixdə qızı X6 ilə aralarında mübahisə olmuş, mübahisə vaxtı qızı onu vurmuşdur. Hazırda qızı ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2, zərərçəkmiş şəxs X3 izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM:X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar