Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-400/2023 20.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli MN1063092 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şükürov X5 rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(041)-xx.xx.2009 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnaliyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(041)xx.xx.2009 saylı icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 18400 manat tutularaq tələbkar X4 ödənilməsi müəyyən edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra tədbirləri zamanı borclu Mehman Ağayevin xx.xx.2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmiş və icra sənədi üzrə icraat dayandırılmışdır. Bundan sonra mərhum tələbkarın oğlu Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək onun atası X3 vərəsəsi kimi tanınması barədə qərara qəbul edilməsini xahiş etmiş və vərəsəlik hüququ haqqında şəhadətnaməni şöbəyə təqdim etmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixli, 2(041)-xx.xx.2009 saylı icra sənədi üzrə icraat iş üzrə tələbkar X3 vərəsəsi kimi Zərərçəkmiş şəxs əvəz edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra sənədi üzrə borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Borclu xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə gələrək verdiyi izahatında 2023-cü ilin mart və aprel aylarında 650 manat ödədiyini, ümumilikdə bu günə kimi 8895 manat ödəmiş etdiyini, 9760 manat borcu qaldığını, işləmədiyini və mülkiyyətində daşınar və daşınmaz əmlakının olmadığı səbəbindən borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Odur ki, tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(041)-xx.xx.2009 saylı icra vərəqəsinə əsasən ondan ümumilikdə 18400 manat tutularaq tələbkar X4 ödənilməsi müəyyən edilmişdir. İcra sənədi icra edilməsi üçün icra və probasiya şöbəsinə daxil olduqdan sonra tələbkar Mehman Ağayevə hissə-hissə ödənişlər etmiş, xx.xx.2021-ci il tarixdə tələbkar vəfat etdiyi üçün icra sənədi üzrə icraat dayandırıldığından ödənişlər edə bilməmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə tələbkarın vərəsəsi kimi Zərərçəkmiş şəxs əvəz edilmiş, bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 2200 manat ödəniş edib, ümumilikdə isə 2009-cu ildən bu günə kimi 8895 manat ödəniş etmişdir. Hazırda onun icra sənədi üzrə 9760 manat borcu qalıb, qısa müddət ərzində həmin borcun ödənilməsi üçün tədbirlər görəcəkdir. xx.xx.2023-cü ildə icra məmurunun dəvəti ilə Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş və icra məmuruna verdiyi izahatında yuxarıda qeyd edilənləri olduğu kimi göstərmişdir. Hazırda da, qalan borcun hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla şifahi razılığa gəlmişlər. Şəxs izahatının sonunda göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(041)-xx.xx.2009 saylı icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 18400 manat tutularaq mərhum atası X4 ödənilməsi müəyyən edilmişdir. X10 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat iş üzrə atasının vərəsəsi kimi o əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər borclu 2200 manat, bu günə kimi isə ümumilikdə 8895 manat ödəniş etmişdir. Hazırda borclunun icra sənədi üzrə 9760 manat borcu qalıb, həmi borcun da qısa müddət ərzində hissə-hissə ödənilməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(041)-xx.xx.2009 saylı icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 18400 manat tutularaq tələbkar X4 ödənilməsi müəyyən edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra tədbirləri zamanı borclu Mehman Ağayevin xx.xx.2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmiş və icra sənədi üzrə icraat dayandırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək onun atası X3 vərəsəsi kimi tanınması barədə qərara qəbul edilməsini xahiş etmiş və vərəsəlik hüququ haqqında şəhadətnaməni şöbəyə təqdim etmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixli, 2(041)-xx.xx.2009 saylı icra sənədi üzrə icraat iş üzrə tələbkar X3 vərəsəsi kimi Zərərçəkmiş şəxs əvəz edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 2200 manat, ümumilikdə bu günə kimi isə 8895 manat ödəniş etmiş, məhkəməyə verdiyi izahatında qalan 9760 manat borcunu isə qısa müddət ərzində ödənilməsi üçün tədbirlər görəcəyini bildirmişdir. Göründüyü kimi, Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat iş üzrə tələbkar X3 vərəsəsi kimi Zərərçəkmiş şəxs əvəz ediləndən sonra borclu icradan yayınmamış, xx.xx.2023-cü il tarixə kimi 2200 manat ödəniş etmiş, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmiş, qalan borcun hissəhissə ödənilməsi ilə bağlı tələbkarla şifahi razılığa gəlmişlər. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-400/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-400/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver