Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-401/2023 20.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 12.45-də Kürdəmir şəhəri Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Yevlax rayonu Aşağı Salamabad kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, özü Yevlax rayonundandır. xx.xx.2022-ci il tarixdə anası Bakı şəhərində xstəxanada əməliyat olunduğu üçün o, yaşadığı Yevlax rayonuna gəlib pul götürüb təkrar Bakı şəhərinə qayıtmalı olduğu üçün idarə etdiyi “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı atomobilə yol pois əməkdaşları saxla işarsi versələr də o, işi təcili olduğu üçün avtomobili saxlamamış və yolda süni tıxac yarandığını görüb avtomobili geri döndrərək əks istiqamətli yolla hərəkət edərək Kürdəmir rayonunun ərazisində yerləşn kəndə girərək avtomobildən düşüb qaçmış və avtomobili sonradan bildiyi məlumata görə polis əməkdaşları evakuatorla postda saxlanc eyrinə aparmışlar. O, anasına pulu çatdırmaq üçün qaçmış və polisin qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də baş inspektor vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16.30 radələrindfə BDYPİ-nin 7-ci tağıının inspektoru Kürdəmir rayon polis şöbəsinə raportla müraciət edərək **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların saxla işarəsinə məhəl qoymayaraq, süni tıxac yaradıldığını görüb idarə etdiyi avtmobilini gəldiyi istiqamətin əks tərəfində döndərərək yol hərəkəti qaydalarını kobud surətdə pozmuş və Kürdəmir rayonu Qarabucaq kəndinə giərək avtomobili saxlayaraq düşüb qaçıb getdiyini göstərmişlər. Avtomobil evakuatorla avtomobillərin saxlanc yerinə gətirilmişdir. Avtomobili idarə edənin yeri müəyyən edilmədiyi üçün bütün rayon polis şöbələrinə bu barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə həmin avtomobili idarə edən adını sonradan bildikləri İlkin İsrtəfilov polis şöbəsinə gələrək avtomobilini götürmək istəmiş və o, axtarışda olduğu üçün barəsində inzibati qaydada tutma haqqında protokol tərtb edilərək Kürdəmir RPŞ X1 saxlanışmış və barəsəində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında uiş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə DİN-in BDYPİ-nin 7-ci tağğım Kürdəmir rayon Karrar qəsəbəsi ərzisində yerləşən stasionar postunda xidmət göstərən polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçdığı üçün iş üzrə icraat dayandırılmışdır. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000121 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 (səkkiz ) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-401/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-401/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver