Məhkəmə qərarları › İş №3(041)-403/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-403/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-403/2023 20.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, tələbkar X3 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1990-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X4 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-736/2018 saylı,xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 100 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2018-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və 4111 mamat aliment borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs barəsində inzibat xəta haqqında protokol tərtib edildikdən sonra o, aliment borcunu tam şəkildə tələbkara ödəmiş və tələbkar da bu barədə ərizəni onlara təqdim etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2018-ci il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanması üçün ondan 100 manat aliment tutularaq Rəhimə Qəniyevaya ödənilməsi qət edilsə də o, həbsdə olduğu və həbsdən bir müddət sonra işsiz olduğu üçün alimenti ödəyə bilməmiş və onun aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqında protokol tərtib edildikdən sonra o, aliment borcunu tam olaraq ödəmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən tələbkar X3 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2018-ci iol tarixli qətnaməsi ilə Şəxslə ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə xx.xx.2008-ci il tarixdə anadan olmuş Roman Qəniyevin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat aliment tutularaq ona ödənilməsi qət edilsə də Mehman aliment borcu ödəməmiş və onun 4111 manat aliment borcu yaranmışdır. Mehman barəsində inzibti xəta haqqında protokol tərtib edildikdən sonra Mehman aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də onun Mehmana qarşı heç bi şikayət və tələbi yoxdur, odur ki, Mehman barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs,tələbkar Rəhilə Qəniyevanın və İcra məmuru Ruslan Əsgərovun izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-736/2018 saylı,xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 100 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2018-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs bir müddət həbsxanada olması və həbsdən çıxdıqdan sonra bir müddət işsiz olduğu üçün alimenti ödəyə bilmədiyini və aliment borcunun yarandığını bildirmişdir. O, barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra aliment borcunu tam ödədiyini bildirərək abrəsində olan inzibati materiala xiam verilməsini xahiş etmiş, təəbkar Rəhilə Qəniyeva da aliment borcunun Mehman tərəfindən tam ödənildiyini və onun barəsində olan inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcundan ödəniş etişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar