Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-404/2023 20.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlu, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X10 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646169 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi F.Z.Kərimli izahatında göstərdi ki, Kürdəmir rayon Qağacılı kənd sakini X6 xx.xx.2023-cü il tarixdə saat 20.09-da Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng vuraraq və şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək həmin tarixdə keçmiş əri Şəxs sərxoş vəziyyətdə onun ünvanına gələrək münaqişə yaratdığını bildirmişdir. Şikayət ərizəsi qeydiyyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmişdir. Şikayətlə bağlı xx.xx.2023-cü il tarixdə Şəxs yaşadığı ünvana gedərək izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə tabe olmamış, nəticədə onu polis şöbəsinə apararaq izahatı alınmış, barəsində Azərbaycan Respubikası 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Qağacılı kəndində yaşayır, X6 onun keçmiş həyat yoldaşıdır, ailə münasibətləri baş tutmadığından ayırlmış, yaşadığı evi Zümrüd İskəndərovaya və uşaqlarına verərək oradan çıxmışdır. xx.xx.2023-cü il tarixdə, gecə saat 20 radələrində yol ilə gedərkən keçmiş ailəsinin yaşadığı evin həyət qapsının açıq olduğunu gördüyündən evdə adam olmadığını müəyyən etmiş və qapını bağlamaq və həyətinə nəzarət etmək niyyəti ilə həyətə daxil olmuşdur. Həyətə nəzər yetirib çölə çıxmaq istəyərkən Zümrüd İskəndərovanın gəldiyini görmüş, aralarında gedən söhbət əsnasında Zümrüd onunla qısa müddətli mübahisə etmişdir. Arvadının DİN-nin 102 xidmətinə vurduğu zəngdən sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. Şöbədə olarkən onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək polis əməkdaşları ilə mübahisə etmədiyini və onların qanuni tələblərinə tabe olduğunu bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Polis şöbəsində 535.1-ci maddəsi ilə prokokol tərtib edilərkən normal yazı yaza bilmədiyi üçün başqa şəxs tərəfindən yazılan izahata imza etmiş, lakin izahatda yazılanları oxumamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Kürdəmir rayon Topalhəsənli kənd sakini X6 xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq keçmiş əri Şəxs onu narahat ediyini bildirmiş, şikayət əsasında Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi F.Z.Kərimli onların yaşadığı evə gedərək X3 və onun keçmiş əri Şəxs polis şöbəsinə aparıb izahatlarını almış və bundan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş, hər iki protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X19 gəlib. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 şəxsiyyətini müəyyən edir. X19: xx.xx.1978-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Şıxsalaxlı kəndində qeydiyyatda olmaqla yaşayan Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X19: hüquq və vəzifələrim mənə aydındır, vəkil istəmirəm, öz hüquqlarımı özüm müdafiə edəcəm. X4 Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsinə əsasən etirazın olub-olmamasını soruşur: Etirazı olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət olmadı. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 inzibati xəta haqqında izahat verməyi təklif edir. X13 izahatı: - Sabirabad rayonu, Şıxsalaxlı kəndində yaşayıram, yoldaşlarım ilə birlikdə xx.xx.2023-ci il tarixdə balıq tutmaq məqsədi ilə Kürdəmir rayon ərazisinə gəlmişik, həmin vaxt mən avtomobilimdə yatılı olarkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları avtomobilimin şüşəsini döyərək məni oyadıblar, avtomobildən düşərək baş verənlər barəsində maraqlanmışam, polis əməkdaşları mənə elektrik cəryanından istifadə edərək palıq tutduğumuzu bildiriblər və məni izahat verməm üçün polis şöbəsinə dəvət ediblər. Həmin vaxt sərxoş olduğum üçün polis əməkdaşları ilə aramızda qısa müddətli anlaşılmazlıq olub, əvvəl getmək istəməsəmdə sonradan şöbəyə gedərək izahat vermişəm, kafedə və polis şöbəsinin inzibati binasında olarkən heç bir nalayiq ifadə işlətməmişəm və səs-küy salmamışam. Həmin vaxt polis əməkdaşları mənim barəmdə İXM-nın 535.1-ci maddəsilə inzibati xəta haqqında protkol tərtib ediblər, protokolla razı olmuşam. Bundan sonra polis əməkdaşlarının əsassız yerə barəmdə İXM-nın 510-cu maddəsilə də inzibati xəta haqqında protokol tərtib etdiklərini görmüşəm və öz etirazımı bildirməmə baxmayaraq bunun bir nəticəsi olmayıb. Hesab edirəm ki, barəmdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Bütün bunları nəzərə alaraq barəmdə ədalətli qərara qəbul edilməsini xahiş edirəm. S/C - hesab edirəm ki, barəmdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. - bütün bunları nəzərə alaraq barəmdə ədalətli qərara qəbul edilməsini xahiş edirəm. Hakim işdə olan sənədlər, inzibati xəta haqqında protokol, inzibati xəta haqında işin adiyyəti üzrə göndərilməsi barədə qərardad, izahatlar haqqında məlumat verib, onları ayrı-ayrılıqda işə baxılmasında iştirak edən şəxslərlə tədqiq etdi. X19 deyilənlərlə bağlı əlavə sübut və vəsatətinin olmadığını bildirdi. Hakim müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protesti verilmə qaydasını, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 17:30-da bağlı elan olundu. Protokol xx.xx.2023-ci il tarixdə tərtib olundu. Hakim: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ QƏRAR inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Kürdəmir şəhəri iş № 3(041)-166/2020 xx.xx.2020 X23 İmanovun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilova Vəzifə Soltan qızının X1 iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Kürdəmir rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, öz deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Kürdəmir rayonunun Şıxımlı kəndində yaşayan X11 barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən X5 xx.xx.2020-ci il tarixdə, saat 17.30 radələrində Kürdəmir rayon Məhkəməsinin inzibati binasının qarşısında X9 nalayiq ifadələrlə söyüb təhqir etdiyi göstərilir. X.Q.Babayevanın ərizəsi əsasında toplanmış material üzrə V.S.Xəlilova barəsində Kürdəmir RPŞ-nın İTB-nın ispektoru X12 tərəfindən xx.xx.2020-cu il tarixli, MN0499033 nömrəli inzibati protokol tərtib edilərək aidiyyatı üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir (xx.xx.2020-ci il tarixli, MN0101979 nömrəli qərardad). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Dəyirmanlı kəndində yaşayır. xx.xx.2020-ci il tarixdə, saat 17.30 radələrində Kürdəmir rayon Məhkəməsinin inzibati binasının qarşısında keçmiş kürəkəninin vəkili X14 ilə sözləri düz gəlmədiyindən aralarında qısa müddətli sözlə mübahisə olmuşdur. Mübahisə vaxtı X.Q.Babayevə qarşı səsini yüksətməyib və nalayiq ifadələr işlətməyib. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hesab edir ki, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları barəsində əsassız yerə inzibati xəta haqqında protokol tərtib ediblər. V.S.Xəlilova izahatının sonunda barəsində tərtib edilmiş inzibati xəta haqıqnda protokola xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində izahat verən X14 bildirdi ki, Azərbaycan Respublikası vəkillər kollegiyasının üzvüdür, hazırda Kürdəmir şəhərində fərdi qaydada vəkillik fəaliyyəti ilə məşqul olur. xx.xx.2020-ci il tarixdə, saat 17.30 radələrində müdafiəçisi olduğu şəxsin qohumu, yəni barəsində iznibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 rayon Məhkəməsinin inzibati binasının qarşısında onunla sözlə mübahisə etmişdir, mübahis 2-3 dəqiqə davam etdikdən sonra V.S.Xəlilova ondan aralanaq kənarda səs-küy salmadan nalayiq ifadələr işlətmişdir. V.S.Xəlilovanın onu təhqir etdiyini zənn edərək şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Sonradan ona məlum olub ki, V.S.Xəlilova əsəbi olduğu üçün öz-özünə danışıb və işlətdiyi nalayiq ifadələri ona deməyib. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxs X5 və şikayətci X7 izahatlarıını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə V.S.Xəlilova barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmnlakını məhv edilməsi və ya zədələməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından, barəsində inzibati xəta haqqında işə baxılan X5, habelə şikayətci X7 izahatından V.S.Xəlilovanın hərəkətlərində qeyd edilən maddədə nəzərdə tutulan inzibati xəta təkibi olduğu müəyyən olunmur. Belə ki, məhkəmə iclasında V.S.Xəlilovanın və X.Q.Babayevanın izahatlarından onların aralarında sözlə mübahisə baş verdiyi, mübahisı vaxtı V.S.Xəlilovanın X.Q.Babayeva ilə yüksək səslə danışmadığı və ona qarşı nalayiq ifadlər işlətmədiyi təsdiq olundu. Belə olan halda ictimai qaydanın pozulması müəyyən olunmur. Ona görə də, X5 inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə X11 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ КЦРДЯМИР РАЙОН МЯЩКЯМЯСИ________ АЗ 3300 Кцрдямир шящяри, Kürdəmir rayon Polis şöbəsinin rəisi Щейдяр Ялийев проспекти 22 polis polkovniki Sultan Zeynalova Tel: (020) ***-**-** Faks: (020) ***-**-** № 3(041)-546/2019 « » 2019-ъu ил Kürdəmir rayon мящкямясинин xx.xx.2019-cu il tarixli, 3(041)-546/2019 saylı qərarı məlumat üçün Sizə göndərilir. . Гошма: qərarın суряти _02_ вярягядя, Мящкямянин щакими: Rafiq Bağırov. АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ КЦРДЯМИР РАЙОН МЯЩКЯМЯСИ________ АЗ 3300 Кцрдямир шящяри, Kürdəmir rayon Polis şöbəsinin rəisi Щейдяр Ялийев проспекти 22 polis polkovniki Sultan Zeynalova Tel: (020) ***-**-** Faks: (020) ***-**-** № 3(041)-546/2019 « » 2019-ъu ил Kürdəmir rayon мящкямясинин xx.xx.2019-cu il tarixli, 3(041)-546/2019 saylı qərarı məlumat üçün Sizə göndərilir. . Гошма: qərarın суряти _02_ вярягядя, Мящкямянин щакими: Rafiq Bağırov. АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ КЦРДЯМИР РАЙОН МЯЩКЯМЯСИ________ АЗ 3300 Кцрдямир шящяри, Kürdəmir rayon İcar və Probasiyas şöbəsinin rəisi Щейдяр Ялийев проспекти 22 Arif Yəhyazadəyə Tel: (020) ***-**-** Faks: (020) ***-**-** № 3(041)-546/2019 « » 2019-ъu ил Kürdəmir rayon мящкямясинин xx.xx.2019-cu il tarixli, 3(041)-546/2019 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. . Гошма: qərarın суряти _01_ вярягядя, Мящкямянин щакими: Rafiq Bağırov. АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ КЦРДЯМИР РАЙОН МЯЩКЯМЯСИ________ АЗ 3300 Кцрдямир шящяри, Kürdəmir rayon İcar və Probasiyas şöbəsinin rəisi Щейдяр Ялийев проспекти 22 Arif Yəhyazadəyə Tel: (020) ***-**-** Faks: (020) ***-**-** № 3(041)-546/2019 « » 2019-ъu ил Kürdəmir rayon мящкямясинин xx.xx.2019-cu il tarixli, 3(041)-546/2019 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. . Гошма: qərarın суряти _01_ вярягядя, Мящкямянин щакими: Rafiq Bağırov. АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ КЦРДЯМИР РАЙОН МЯЩКЯМЯСИ________ АЗ 3300 Кцрдямир шящяри, X18 Щейдяр Ялийев проспекти 22 Kürdəmir rayonu Muradxan Kəndi Tel: (020) ***-**-** Faks: (020) ***-**-** № 3(041)-546/2019 « » 2019-ъu ил Kürdəmir rayon мящкямясинин xx.xx.2019-cu il tarixli, 3(041)-546/2019 saylı qərarı məlumat üçün Sizə göndərilir. . Гошма: qərarın суряти _01_ вярягядя, Мящкямянин щакими: Rafiq Bağırov. АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ КЦРДЯМИР РАЙОН МЯЩКЯМЯСИ________ АЗ 3300 Кцрдямир шящяри, X18 Щейдяр Ялийев проспекти 22 Kürdəmir rayonu Muradxan Kəndi Tel: (020) ***-**-** Faks: (020) ***-**-** № 3(041)-546/2019 « » 2019-ъu ил Kürdəmir rayon мящкямясинин xx.xx.2019-cu il tarixli, 3(041)-546/2019 saylı qərarı məlumat üçün Sizə göndərilir. . Гошма: qərarın суряти _01_ вярягядя, Мящкямянин щакими: Rafiq Bağırov.
Məhkəmə qərarları › İş №3(041)-404/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-404/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver