Məhkəmə qərarları › İş №3(041)-406/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-406/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-406/2023 25.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646187 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-ci il tarixdə narkotik vasitədən istifadə etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki Şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlanması və daşımasında şübhələr olduğundan, xx.xx.2023-cü il tarixdə saxlanılaraq Kürdəmir rayon polis şöbəsinə aparılmış və sidiyinin tərkibindən götürülmüş nümunələrdən onun narkotik vasitə olan heroin istifadə etdiyi aşkar edilmişdir. Hərəkətlərində cinayət tərkibi olmadığı üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Səbuhi Kərimov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, sonuncu dəfə 2 ay bundan əvvəl narkotik maddə olan heroindən istifadə etmişdir. xx.xx.2023cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlanması və daşımasında şübhələr olduğunu bildirmiş və onu polis şöbəsinə aparmışlar. Kürdəmir rayon polis şöbəsində axtarış keçirilərkən üzərində hər hansı bir narkotik maddə aşkar edilməmişdir. Lakin sidiyinin tərkibindən götürülmüş nümunələrdən narkotik vasitə olan heroindən istifadə etdiyi aşkar edilmişdir. Şəxs izahatının sonunda əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini, ailəli olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, 350 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan heroin aşkar edilmişdir. Şəxs əməli özünün etirafı, xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolu, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və himayəsində 2 azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA000134 bömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibatə xəta törətməsini və himayəsində 2 azyaşlı uşaqlarının olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, məhkəmə iclas zalanından azad edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsini tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 350 (üç yüz əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar