Məhkəmə qərarları › İş №3(041)-41/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-41/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-41/2023 10.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1998-ci Kürdəmir şəhərində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, Kürdəmir rayonu Bağman kənd orta məktəbində müəllim, Kürdəmir rayonu Bağman kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Bağman kəndinin mərkəzi hissəsində camaatın çoxluq təşkil etdiyi yerdə həmkəndlisi X2 nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 ərizəsi əsasında Şəxs barəsində 10.0.2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Taryel onun həmkəndlsiidir. Münasibələri normal deyildir. Belə ki, 20 il bundan qabaq atası Şamil özlərinə məxsus torpaq sahəsini Taryelin atası Yaquba vermiş və 20 ildir ki, onlar həmin torpaq sahəsinə subsidiya almaqla həmin torpadan istifadə edirlər. Hazırda o, özü həmin torpqa sahəsini istifadə etmək üçün torpaq onlardan geri istəsə də onlar torpaq sahəsindən çıxmamışlar. Lakin bu il o, Taryelgilə həmin torpaq sahəsini əkməyə imkan verməmiş, Taryel və qardaşı qəsdən onların yerlərini suya basmışlar və buna görə aralarında mübahisə yaranmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, Taryellə kəndin mərkəzi hissəsində yerləşən dükanın qabağında Taryellə rastlaşmış və Taryel onu nalayiq ifadələrlə təhqir etmiş, o,da cavab olaraq Taryeli təhqir etmişdir. Əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, kəndin mərkəzi hissəsində yerləşən dükana gedərkən həmkəndlisi Nəcməddin onu görüb nalayiq ifadələrlə təhqir etmiş o, isə Nəcməddinə heç bir söz deməmişdir. Onlar arasında olan münaqişəyə səbəb 20 il bundan qabaq Nəcməddin atası Şamilin onlara 2,72 ha torpaq sahəsini satması olmuşdur. Belə ki, onlar torpaq sahəsini Nəcməddin atası Şamildən pulla alsa da Şamilə inandıqları üçün torpaq sahəsini rəsmiləşdirməmişlər. Onlar torpaq sahəsini rəsiləşdirməsə də həmin vaxtdan həmin torpaq sahəsinə görə subsidiyaları alırlar. Nəcməddin onlardan həmin torpaq sahəsindən çıxmalarını tələb etdiyi üçün demək olar ki, hər dəfə rastlaşanda onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Nəcməddini təhqir etməmiş və ona heç bir söz deməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar