Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-412/2023 26.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X12, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, icra sənədi üzrə tələbkar X4 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Bağman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1063095 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bayramov X8 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(041)-01/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(041)- 01/2023 saylı icra vərəqəsinə əsasən Kürdəmir rayonu Bağman kəndində yaşayan X4 icarəsində olan Kürdəmir rayonu Bağman kəndi ərazisində yerləşən 10 ha örüş torpaq sahəsində cavabdehlər Şəxs, X7 və X2 qeyri-qanuni daxil olmalarına, malqaralarını otarmalarını və cavabdehlər tərəfindən həmin torpaq sahəsində hər hansı bir qanunsuz hərəkətlərin edilməsinə qadağa qoyulmuşdur. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borclulara bildiriş göndərilmiş, onlar Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən boyun qaçırmışdır. İcra şöbəsində tərəflərlə fərdi söhbətlər aparılarkən borclu torpaq sahəsinin kənd sakinlərinə aid olduğunu bildirmiş və bir sıra sənədlər təqdim etmişdir, lakin sözü gedən icra sənədinin icrası dərhal olduğu üçün qeyd edilənləri mütəxəssiz dəvət edib hərtərəfli araşdıra bilməmişdir. Nəticədə Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. M.Şirnalıyev izahatının sonunda tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(041)-01/2023 saylı qırardadından məlumatı icra məmuru tərəfindən Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunandan sonra olmuşdur, hazırda həmin qərardaddan narazıdır, belə ki, müvəqqətli xaraketri qərardadda qeyd edilən torpaq sahəsi tələbkar X6 məxsus deyil, tələbkar qeyri qanuni yollarla kənd camaatının istifadəsində olan torpaq sahələrini yalnız öz istifadəsi üçün mənimsəmiş və onlara həmin torpaq sahəsindən istifadə etmələrinə imkan verməmişdir. İcra sənədində qeyd edilən torpaq sahəsi kənd sakinlərinə məxsus olmuş və onlar həmişə həmin torpaq sahəsindən istifadə edərək orada mal-qara otarmışlar. Torpaq sahəsinin onlara aid olması barədə əllərində tutarlı sənədlər var, həmin sənədləri icra məmurunun dəvəti ilə icra və probasiya şöbəsinə gələrkən icra məmuruna təqdim etmiş və baş verənləri bir-bir icra məmuruna izah etmişdir. Sərvər Pirişov iddia etdiyi toraq sahəsinin ona məxsus olmasına dair heç bir sübut təqdim etməmişdir, icra məmurunun gəstərdiyi torpaq sahəsi başqa şəxsə məxsusdur. İcra məmuru buna baxmadan və təqdim etdiyi sənədlərə əhəmiyyət vermədən, əraziyə mütəxəssis dəvət edib hərtərəfli araşdrıma aparmadan onun barəsində əsasız yerə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan əlavə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(041)-01/2023 saylı qərardadı ona göndərilmədiyi üçün məhkəməyə müraciət edib həmin qərardadı rəsmi qaydada alacaq və şikayət verəcəkdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar X9 izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(041)-01/2023 saylı icra vərəqəsinə əsasən onun icarəsində olan Kürdəmir rayonu Bağman kəndi ərazisində yerləşən 10 ha örüş torpaq sahəsində cavabdehlər Şəxs, X7 və X5 tərəfindən qeyri-qanuni daxil olmalarına, malqaralarını otarmalarını və cavabdehlər tərəfindən həmin torpaq sahəsində hər hansı bir qanunsuz hərəkətlərin edilməsinə qadağa qoyulmuşdur. Hazırda borclular onun icarəsində olan torpaq sahəsindən çıxmırlar və ona torpaq sahəsindən istifadə etməsinə maneəçilik törədirlər. Mübahəsələndirilən torpaq sahəsinin kordinatlarını və sərhədlərini müəyyən edən mütəxəssiz rəyi yoxdur. D.Ə.Bayramov barəsində tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, maddənin tərkibi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhs üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(041)-01/2023 saylı müvəqqəti xarakterli qərardadına əsasən Kürdəmir rayonu Bağman kəndində yaşayan Zərərçəkmiş şəxs icarəsində olan Kürdəmir rayonu Bağman kəndi ərazisində yerləşən 10 ha örüş torpaq sahəsinə cavabdehlər Şəxs, X7 və X2 qeyri-qanuni daxil olmalarına, malqaralarını otarmalarını və cavabdehlər tərəfindən həmin torpaq sahəsində hər hansı bir qanunsuz hərəkətlərin edilməsinə qadağa qoyulmuş, lakin həmin torpaq sahəsinin məhs borcluların istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən heç bir sübut göstərilməmişdir. Ona görə də, həmin icra sənədi üzrə borcluların istifadəsində olan mübahisəli torpaq sahəsinin tələbkara məxsus olması barədə heç bir sübüt təqdim edilmədiyindən borcluların o cümlədən Şəxs inzibati xəta törətdikləri müəyyən edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sözü gedən torpaq sahəsinin yerinin və sərhədlərinin dəqiq müəyyən edilməsi barədə icra məmuru tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki, icra məmuru tərəfindən sözü gedən əraziyə mütəxəssiz dəvət edilməli və tərəflərin torpaq sahələrinin yeri və sərhədləri dəqiq müəyyən edilməli idi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-412/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-412/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver