Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-413/2025 27.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin polis X2 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin polis X2 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 məxsus "MAN" markalı, " TGX 18.440" YÜK modelli, **-UB-*** nömrəli ağır tonajlı yük maşınını və "POLKON" markalı, "NW 192" modelli yarımqoşqunu etibarnamə əsasında X7 idarə edir. O, xx.xx.2025-ci il tarixdə həmin avtomobil və yarımqoşqu ilə daşıdığı yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini yoxlamaq üçün Quba rayonunda olan postda yoxlanılmış, daşıdığı yük 39790 kq olmuşdur. Avtomobil tərəzidə çəkildikdən sonra ona müvafiq arayış təqdim edilmiş və o heç bir qanun pozuntusuna yol vermədiyinə əmin olduqdan sonra yüklə hərəkətini davam etdirmişdir. İdarə etdiyi avtomobil yarıqqoşqu ilə birlikdə 6 oxludur və qanunvericiliyin tələbinə görə hər oxa 8 ton yük düşür ki bu da 48 ton deməkdir. Yuxarıda qeyd edilən kimi onun gətirdiyi yük isə 39790 kq olmuşdur. Buna baxmayaraq Bakı-Quba yolunun 23-cü km-də onu saxlatdıran YPX-nin inspektoruna yuxarıda göstərdiklərini bildirsə də onun dediklərinə məhəl qoymadan inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında BDYP-nin əməkdaşı barəsində AR İXM-nin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 600 manat cərimə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında X5 və Azərbaycan Respublikası DİN BDYPİ-nə məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Şikayətçi məhkəməyə telegram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, lakin qərarından şikayət verilən şəxsin nümayəndəsi gəlmədiyi üçün şikayətə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. A.Ə.Məmmədov şikayət ərizəsinə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin, sürücülük vəsiqəsinin, avtomobilin çəkisinə dair arayışın, texniki pasportun, inzibati xəta haqqında protokolun və qərarın surətlərini əlavə etmişdir. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə, fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 51-52ci bəndlərinə görə ağırçəkili nəqliyyat vasitəsi dedikdə ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsi, iriqabaritli nəqliyyat vasitəsi dedikdə ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsi başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasına əlavə edilmiş 2 nömrəli cədvəldə ikioxlu avtomobil üçün 18 t, üçoxlu avtomobil üçün 25 t, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün 26 t, dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil üçün 32 ton müəyyən edilmişdir. Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələrində ikioxlu qoşqu üçün 18 t, üçoxlu qoşqu üçün 24 ton müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasına əlavə edilmiş 3 nömrəli cədvəldə nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi aşağıdakı hədləri aşmamalıdır: 10 ton hesabi yükə 11,5 ton hesabi yükə Oxun növü və oxlar arasındakı hesablanmış hesablanmış əsaslı tip məsafə yüngülləşdirilmiş və keçid yol geyimlərində tipli yol geyimlərində İkioxlu nəqliyyat vasitələrində bir ox üçün Aparan 10 t 11,5 t Aparılan 10 t 11,5 t Cütlənmiş oxlar, ikimeyilli (bir oxun hər tərəfində iki təkər olduqda) təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır: 0,5 m-dən 1 m-ə qədər 12 t 12,5 t 1 m-dən 1,3 m-ə qədər 14 t 16 t 1,3 m-dən 1,8 m-ə qədər 16 t 18 t 1,8 m-ə bərabər və ya çox 18 t 20 t Cütlənmiş oxlar, birmeyilli (bir oxun hər tərəfində bir təkər olduqda) təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır: 0,5 m-dən 1 m-ə qədər 11 t 11,5 t 1 m-dən 1,3 m-ə qədər 13 t 14 t 1,3 m-dən 1,8 m-ə qədər 15 t 17 t 1,8 m-ə bərabər və ya çox 17 t 18 t Üçoxlu oxlar, ikimeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır: 0,5 m-dən 1 m-ə qədər 16,5 t 18 t 1 m-dən 1,3 m-ə qədər 19,5 t 21 t 1,3 m-dən 1,8 m-ə qədər 22,5 t 24 t 1,8 m-ə bərabər və ya çox 25,5 t 26 t Üçoxlu oxlar, birmeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır: 0,5 m-dən 1 m-ə qədər 15 t 17 t 1 m-dən 1,3 m-ə qədər 18,3 t 20 t 1,3 m-dən 1,8 m-ə qədər 21 t 23,5 t 1,8 m-ə bərabər və ya çox 24 t 25 t Qaydaların 4.2-ci bəndinə görə avtomobilin və ya kombinə edilmiş nəqliyyat vasitəsinin aparıcı oxu və ya oxları üzərinə düşən ağırlıq avtomobilin və ya kombinə edilmiş nəqliyyat vasitələrinin ümumi kütləsinin 25 faizindən az olmamalıdır. A.Ə.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsinin və yarımqoşqunun texniki göstəriciləri (oxun növü və oxlar arasındakı məsafə, oxların sayı, təkərlərinin meyilliyi və quruluşları və sair) ilə bağlı heç bir sübut ərizəsinə əlavə edilmədiyindən və məhkəməyə təqdim edilmədiyindən şikayətində göstərdiyi halları müqayisəli şəkildə təsdiq və ya təkzib etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən Azərbaycan Respublikası DİN BDYPİ-nin Polis X2 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Polis X2 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən, həmin qərardan X7 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-413/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-413/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver