Məhkəmə qərarları › İş №3(041)-414/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-414/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-414/2024 24.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadiq oğlunun iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Sadiq oğlu barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Sadiq oğlu xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Kürdəmir şəhəri, saat dairəsi adlanan ərazidə tanışı X3 baş nahiyyəsinə yumruqla vuraraq sonuncunu fiziki ağrı yetirməklə döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadiq oğlu izahatında göstərdi ki, zərərçəkmiş şəxs X3 tanışı kimi tanıyır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Kürdəmir şəhər saat dairəsi adlanan ərazidə tanışı X4 ilə aralarında mübahisə düşdüyü üçün əsəbiləşdiyindən onu əli ilə itələmişdir. Əməlindən peşmandır, hazırda Elçinlə barışıb və ona qarşı heç bir şikayət və tələb yoxdur. Zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Kürdəmir şəhər saat dairəsi adlanan ərazidə tanışı Şəxslə aralarında mübahisə düşmüş, mübahisə zamanı Şəxs onu əli ilə itələmişdir. Hazırda Şəxs Sadiq oğlu ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sadiq oğlunın, zərərçəkmiş şəxs X2 izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, Şəxs Sadiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sadiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar