Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-416/2023 10.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC-nin mülkiyyətində olan ‘‘DAF XF 510 FT YÜK’’ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs dayanma qaydalarını pozmuş, sözü gedən nəqliyyat vasitəsini idarə edən şəxs barədə Kürdəmir RPŞ DYPB-ya məlumat verilməsi xahiş olunmuş, lakin tələb olunan məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilməmiş, nəticədə ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC-nin hüquqi ünvanına məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC-nin nümayəndəsinin gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin 3-13-86/2-1009/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC-nin mülkiyyətində olan ‘‘DAF XF 510 FT YÜK’’ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində müvafiq məlumatların verilməsi tələb olunmuş, bundan əlvə sorğunun rəsmi qaydada alındığı vaxtdan beş gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu izah olunmuşdur. İş materiallarında olan, Kürdəmir RPŞ-nın DYPB-nın YPX-nın inspektoru X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP5381951 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC-nin mülkiyyətində olan ‘‘DAF XF 510 FT YÜK’’ markalı, **- JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində müvafiq məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə Kürdəmir RPŞ DYPB-ya təqdim edilmədiyi üçün ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC Azərbaycan Respubikası İXM-nın 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati məsuliyyət yaradır. ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: ‘‘CAAM GROUP LOGİSTİCS’’ MMC (Kürdəmir şəhəri, 20 Yanvar küçəsi, ev 26) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-416/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-416/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver