Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-416/2025 27.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 181.0.2-ci maddəsi ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Vəzifəli şəxs T.İslamov adına Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Şəxs 2024-cü ilin dekabr-2025-ci ilin yanvar ayları ərzində həmin məktəbin 10-cu sinif şagirdi Zərərçəkmiş şəxs özünün tədris etdiyi riyaziyyat fənnindən dərsdənkənar məşğələlərə qoşulmağa məcbur edərək psixoloji zorakılığa məruz qoymuş, nəticədə Zərərçəkmiş şəxs 26 yanvar 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evin mətbəxində sirkə turşusunu içməyə cəhd edərək özünü öldürmək istəmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsi inzibati xətasını törətmişdir. Şəxsnın inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, Dəyirmanlı kənd tam orta məktəbin direktoru Şəxs 2024-2025-ci tədris ilində 10-cu sinifə riyaziyyat fənnindən dərsdən sonra fakultətiv dərs saatları təyin edilmişdir. Fakultətiv dərslərə qoşulmaq könüllü olduğu halda Şəxs qızını dərslərə qoşulmağa məcbur etmişdir. O, sonuncu dəfə 24 yanvar 2025-ci il tarixdə direktor Şəxs qəbulunda olmuş, direktor həmin vaxt ona qızının fakultətiv dərslərə qoşulmayacağı halda onu məktəbdən çıxaracağını bildirmişdir. 26 yanvar 2025-ci il tarixdə axşam saat 18 radələrində yaşadığı evin mətbəx otağına daxil olarkən qızının 250 qramlıq şüşə butulkada olan "sirkə turşusunu" içmək istədiyini görmüş, qızına mane olmuş, butulkanı əlindən almışdır. Qızı ona demişdir ki, direktor Şəxs onu məktəbdən çıxaracaq, o sinif yoldaşları arasında biabır olacaq. Qızı məhz Şəxs ona hədə-qorxu gəlməsinə görə məcbur qalaraq intihar yolunu seçmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respubliaksı Elm və Təhsil Nazirliyi X6 Təhsil İdarəsinin Kürdəmir rayon üzrə təhsil sektoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-29-40/2-171/2025 sorğuya cavabından görünür ki, Şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 10 oktyabr 2022-ci il tarixli, K-1138 nömrəli əmri ilə Kürdəmir rayonu T.İslamov adına Dəyırmanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edılmışdır Şəxs barəsində direktor vəzifəsində çalışdığı müddətdə iki dəfə intizam tənbehi tadbırı tətbiq edilmişdır. X6 Təhsil İdarəsinin 25 noyabr 2024-cu il tarixli, 3-29-40/3-1- 816K/2024 nömrəli əmri ilə vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq yazılı xəbərdarlıq, dekabr 2024-cü il tarixli, 3-29-40/3-1-910K/2024 nömrəli əmri ilə isə vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilmişdir. - Kürdəmir rayon prokuroru, baş ədliyyə müşaviri, X1 08-İX-25 nömrəli material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə müəyyən edilmişdir ki, vəzifəli şəxs T.İslamov adına Dəyirmanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Şəxs 2024-cü ilin dekabr-2025-ci ilin yanvar ayları ərzində həmin məktəbin 10-cu sinif şagirdi Zərərçəkmiş şəxs özünün tədris etdiyi riyaziyyat fənnindən dərsdənkənar məşğələlərə qoşulmağa məcbur edərək psixoloji zorakılığa məruz qoymuş, nəticədə Zərərçəkmiş şəxs 26 yanvar 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evin mətbəxində sirkə turşusunu içməyə cəhd edərək özünü öldürmək istəmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsiinzibati xətasını törətmişdir. Qeyd olunanlar 07.03. il tarixli, 49c25 nömrəli Qanuni nümayəndə izahatı, 07.03. il tarixli, 49c25 nömrəli Zərərçəkmiş şəxs izahatı, 10.03. il tarixli, 49c25 nömrəli Musayeva Təmarənin izahatı, 04.05. il tarixli, 08-ix- 25 nömrəli Mazakova Nəzakətin izahatı, xx.xx.2025-ci il tarixli, 49c25 nömrəli Şəxs izahatı, xx.xx.2025-ci il tarixli, 49c25 nömrəli məktub və xx.xx.2025-ci il tarixli, 49c25 nömrəli məktub və digər sənədlərlə sübut olunur. Qanuni nümayəndə izahatında göstərmişdir ki, Dəyirmanlı kənd tam orta məktəbin direktoru Şəxsdur. 2024-2025-ci tədris ilində 10-cu sinife riyaziyyat fənnindən dərsdən sonra fakultativ dərs saatları təyin edilmişdir. Fakultativ dərslərə qoşulmaq könüllü olduğu halda Şəxs qızını dərslərə qoşulmağa məcbur etmişdir. O, sonuncu dəfə 24 yanvar 2025ci il tarixdə direktor Şəxs qəbulunda olmuş, direktor həmin vaxt ona qızının fakultətiv dərslərə qoşulmayacağı halda onu məktəbdən çıxaracağını bildirmişdir. 26 yanvar 2025-ci il tarixdə axşam saat 18 radələrində yaşadığı evin mətbəx otağına daxil olarkən qızının 250 qramlıq şüşə butulkada olan "sirkə turşusunu içmək istədiyini görmüş, qızına mane olmuş, butulkanı əlindən almışdır. Qızı ona demişdir ki, direktor Şəxs onu məktəbdən çıxaracaq, o sinif yoldaşları arasında biabır olacaq. Qızı məhz Şəxs ona hədə-qorxu gəlməsinə görə məcbur qalaraq intihar yolunu seçmışdır. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Kürdəmir rayonu Dəyirmanlı kənd tam orta məktəbin 10-cu sinif şagirdidir. 2024-2025-ci tədris ilində 10-cu sinfə riyaziyyat fənnindən dərsdən sonra fakultetiv dərs saatları təyin edilmişdir. Lakin, o, nyaziyyat fənnindən fakultativ dərs saatlarına qoşulmaq istəməmişdir. Fakultetiv dərslərə qoşulmaq könüllü olduğu halda direktor Şəxs 2024-cü ilin dekabr ayından başlayaraq ona fakultativ dərslərə girməyi barədə hədə-qorxu gəlmiş, onu məktəbdən qovmaq, çıxartmaq ilə hədələmiş, ona güclü stress yaşatmışdır. Bu səbəbdən 26 yanvar 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evin mətbəx otağında 250 qramlıq şüşə butulkada olan "sirkə turşusununun qapağını açıb içmək istədikdə atası Bayram Karimov ona mane olmuşdur. Şəxs hədə-qorxu gəlməsi ilə bağlı keçirdiyi stress, gərginlik ilə bağlı 2025-ci ilin yanvar ayında atası ilə birgə Kürdəmir RMX-da nevropotoloq Vidadi həkimin qəbulunda olmuş, müalicə almışdır. Kürdəmir rayonu Dəyirmanlı məktəbinin psixoloqu X2 izahatında göstərmişdir ki, 2025-ci ilin yanvar ayının sonlarında direktorun tapşırığına əsasən Zərərçəkmiş şəxs ilə ilk öncə şifahi və yazılı söhbətlər aparmış, Zərərçəkmiş şəxs direktorun onu öz fənnindən dərsdənkənar məşğələyə qoşulmağını məcbur etdiyini bildirmişdir. O, Aysel Karimova ilə ilk iki söhbətdə ona direktor Şəxs qanunsuz hərəkətləri ilə bağlı intihar etmək istədiyini bildirməsə də, sonuncu dəfə onunla söhbət apardıqda şagird ona məhz direktor Şəxs onu riyaziyyat fənnindən dərsdənkənar məşğələyə qoşulmağa məcbur etməsi ilə bağlı sirkə turşusu içərək intihara etmək istədiyini, lakin atasının ona mane olduğunu bildirmişdir. O, Ayseldan əvvəlki söhbətlərdə bu barədə məlumat verməməsinin səbəbini soruşduqda Aysel ona azyaşlı olması, bu hadisədən utanc hissi keçirməsi ilə bağlı ilkin söhbətlərdə bu barədə danışa bilmədiyini bildirmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 izahatında göstərmişdır ki, məktəbin 10-cu sinif şagirdi Zərərçəkmiş şəxs təhsil aldığı sinfə riyaziyyat fənnindən həftədə 1 dəfə olmaqla dərsdənkənar məşğələ təyin edilmiş, dərsi məktəbin direktoru Şəxs tədris etmişdır. Bildirmişdir ki, Ramın Vəliyev həmin sinifə təyin olunmuş dərsdənkənar məşğələlərdə şagirdlərin davamiyyətinin zəif olması barada ona bir neçə dəfə demiş, sonuncu dəfə 2024-cü ilin dekabr ayının əvvəllərində Şəxs onu çağıraraq sinif şagirdlərinin dərsdənkənar məşğələlərdə iştirak etmədiyini, bu barədə valideynlərlə danışmasını bildirmişdir. Bu məqsədlə 2025-ci ilin yanvar ayında həmin sinfin şagirdlərinin valideynləri ilə keçirilmiş iclasda Ayselin valideyni Bayram Kerimov qızının dərsdənkənar məşğələlərdə iştirak etmək istəmədiyini bildirmişdir. Bu barədə digər bəzi valideynlər də bildirmişdir. İclasdan sonra bunları direktor Şəxs bildirmişdir. Kürdəmir rayonu Dəyirmanlı kənd tam orta məktəbinin direktoru Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ona dərsə qoşulmaq istəmədiyi, dərsdən imtina etməsi ilə bağlı heç vaxt məlumat verməmiş, sonuncu sadəcə bəzi hallarda dərsdən icazə almışdır. 07 yanvar 2025 və 14 yanvar 2025-ci il tarixdə 10-cu sinif şagirdləri dərsdənkənar məşğələdə iştirak etməmişlər. Bununla bağlı aktlar tərtib edilmiş. valideynlərə şagirdlərin dərsdənkənar məşğələdə iştirak etmədikləri bildirilmiş, 17 yanvar 2025-ci il tarixdən sonra isə 21 yanvar 2025-ci il tarixdə müvafiq əmrlə 10-cu sinfə dərsdənkənar məşğələnin tədrisi dayandırılmışdır. Zərərçəkmiş şəxs və Bayram Karimov ona heç vaxt dərsdənkənar məşğələlərə qoşulmaq istəməmə ilə bağlı şifahi və rəsmi qaydada heç bir şey deməmişlər. O, heç vaxt Zərərçəkmiş şəxs dərsdənkənar məşğələyə qalmasına məcbur etməmiş, ona hədə-qorxu gəlməmişdir. "Kürdəmir RMX" PHŞ-in 17 mart 2025-ci il tarixli, 18-1-49/2-271/2025 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olan, xx.xx.2009-cu il təvəllüdlü, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixda RMX-nın Poliklinika şöbəsində həkim-endokrinoloqa "E04.2 Qeyri-toksik çox düyünlü ur diaqnozu ilə, xx.xx.2025-ci il tarixdə həkim nevropatoloqa "G90.8 Vegetativ sinir sisteminin digər pozğunluqları" diaqnozu ilə müraciət etmişdir. X6 Təhsil İdarəsinin 18 mart 2025-ci il tarixli, 3-29-40/2-171/2025 nömrəli məktubundan görünür ki, Şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 10 oktyabr 2022-ci il tarixli, K-1138 nömrəli əmri ilə Kürdəmir rayonu Tahir İslamov adına Dəyirman kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Şəxs barəsində direktor vəzifəsində çalışdığı müddətdə iki dəfə intizam tənbehi tədbiri tətbiq edilmişdir. X6 Təhsil İdarəsinin 25 noyabr 2024-cü il tarixli, 3-29-40/3-1-816K/2024 nömrəli emri ile vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Şəxs yazılı xəbərdarlıq. 04 dekabr 2024-cu il tarixli, 3-29-40/3-1-910K/2024 nömrəli əmri ilə isə vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. Azərbaycan Respublikası İXM-nin 181.0.2-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir Şəxsnın əməli işdə olan mötəbər sübutlarla tam sübuta yetirildiyindən, o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 181.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 31, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. . HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-416/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-416/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver