Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-417/2024 30.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Barəsində inzbati icraat açılmış şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə qardaşı arvadı Zərərçəkmiş şəxs məxsus “İpone 13 pro” markatı mobil telefonu sındıraraq 1200 manat maddi ziyan vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında maddi ziyan məbləğini müəyyən etmək üçün həmin tarixli qərardadla ekspertiza rəyi alınanadək inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır.xx.xx.2024-cü il tarixdə ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. İcraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırıldığı üçün xx.xx.2024-cü il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması üçün xx.xx.2024-cü il tarixə saat 11.00-a təyin edilmişdir. Barsində inzibati icraat açılmış şıəxs Şəxs məhkəməyə təqdim etdiyi Kürdəmir rayon prokurorluğunun məktubundan görünür ki, Kürdəmir rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Elxan Məmmədovun qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar ilə Zərərçəkmiş şəxs şikayəti təmin edilmiş və Bəhruz İsmayılovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatcısı Bəhruz ismayılovun xx.xx.2024-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən tərtib edilmiş və Zərərçəkmiş şəxs şikayəti əsasında həmin qərar Kürdəmir rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Elxan Məmmədovun qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərara əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Kürdəmir rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Elxan Məmmədovun qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar ilə ləğv edilmiş Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatcısı Bəhruz İsmayılovun xx.xx.2024-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən tərtib edildiyi üçün hazırki vəziyyətdə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.5-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-417/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-417/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver