Məhkəmə qərarları › İş №3(041)-417/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-417/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-417/2025 19.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Şahbazova Göyçək Kamil qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu, Ərşəli kənd tam orta məktəbində hərbi hazırlıq müəllimi işləyən, Kürdəmir rayonu, Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayan (fin-xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsi ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 2024-2025-ci tədris ilində yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü qızı X1 icbari ümumi orta təhsil almasını təmin etməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsi inzibati xətasını törətmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, 2004-cü ildən Kürdəmir rayon Ərşəli kənd C.Cavadov adına tam orta ümumtəhsil məktəbində hərbi hazırlıq müəllimi işləyir. X3 və X2 onun övladlarıdır. Onların anası Zərqələm Hüseynovadan 2014-cü ildə rəsmi olaraq boşanmışdır. Hazırda övladları onunla yaşayır və onun himayəsindədir. Onlar analarına getmək istəmirlər. Fatimə və Hidayət Kürdəmir rayon Ərşəli kənd C.Cavadov adına tam orta ümumtəhsil məktəbində təhsil alırlar. Hidayət hazırda da təhsilini davam etdirir. Lakin qızı Fatimə Hüseynli 2025-ci ilin yanvar ayının sonlarında məktəbin fiziki tərbiyə müəllimi X4 anası Zərqələmlə mobil telefonla danışdırmaq istəmiş, qızı razı olmayanda sinif otağında Fatimənin üzünə və sinəsinə yumruq zərbəsi vurmuşdur. Qızı həmin gün evə qayıdıb bu barədə məlumat verərək bir daha həmin məktəbə getməyəcəyini bildirmişdir. Bu barədə Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edərək şikayətini bildirmişdir. Müraciəti əsasında araşdırma aparılaraq Ramal Rzayev barəsində İXM-nin 157-ci maddəsi inzibati protokol tərtib olunaraq Kürdəmir Rayon Məhkəməsinə göndərilsə də məhkəmədə işə xitam verilmişdir. Qızı Fatimə həmin müəllimdən qorxduğu üçün məktəbə getmək istəmir. O da bu səbəbdən onu məktəbə göndərməmişdir. Lakin yaxın zamanda onu məktəbə göndərəcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliaksı Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon Ərşəli kənd C.Cavadov adına tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 42 nömrəli məktubundan görünür ki, 2024/2025-ci tədris ilində X3 məktəbin Vİİİ sinfində, X2 məktəbin X sinfində oxuyur. Hüseynov Hidayətin dərsə davamiyyəti normaldır. Hüseynli Fatimə tədris ilinin İ yarımilində dərsə normal davam etsə də, İİ yarımildən, yəni fevral ayının 1-dən dərsə gəlmir. Fatimə İİ yarımildə yalnız iki gün dərsə gəlmişdir. Hüseynli Fatimənin dərsə davam etməməsi barədə Kürdəmi Rayon İHB-nın Karrar kənd İƏD üzrə nümayəndəliyinə, Kürdəmir Rayon Polis Şöbəsinə, Fatimənin valideyninə məktub göndərilmiş və onun tezliklə dərsə davam etməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi xahiş olunmuşdur. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, təhsil haqqında qanunvericiliyin tələbini pozaraq 2024-2025-cü tədris ilində yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü qızı X1 təhsil aldığı Kürdəmir rayon Ərşəli kənd C.Cavadov adına tam orta məktəbdə icbari ümumi orta təhsil almasını təmin etməmiş, hal-hazıradək qızı Fatimə Hüseynlini ümumi orta təhsil almaq hüququndan məhrum etmişdir. Məhkəmədə barəsində inzibati icraat aparılan şəxs Şəxsn məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar