Məhkəmə qərarları › İş №3(041)-420/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-420/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-420/2023 03.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Kürdəmir rayonu Çöhranlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Abuşov X2 rayon Məhkəməsinin 3(041)-1303/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə müəyyən edilmiş müddətdə cəriməni ödəməmiş, nəticədə N.A.Abışov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respubikası İXM) 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev izahatında göstərdi ki, 3(041)-1303/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 4200 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs könüllü icra üçün müəyyən olunmuş vaxta tələbin icrası ilə bağlı bildiriş göndərilmiş, bütün icra tədbirlərinə baxmayaraq borclu 4200 manat cəriməni ödəməmişdir. M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Çöhranlı kəndində yaşayır, 67 yaşı var, təqaüdçüdür. Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Kürdəmir rayon Məhkəməsinin 3(041)-1303/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə 4200 manat məbləğində cərimə edilmiş və maddi imkansızlığa görə bu günə kimi cəriməni ödəyə bilməmişdir, hazırda da ödəməyə imkanı yoxdur. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abuşov X2 rayon Məhkəməsinin 3(041)-1303/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə müəyyən edilmiş müddətdə cəriməni ödəməməklə Azərbaycan Respubikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsaslı hesab edilir. Şəxs törətdiyi inzibati xətaya görə Azərbaycan Respubikası İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin (ictimai işlər və ya inzibati həbs) tətbiqi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respubikası İXM-nin 6.1 və 31.1-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 28.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə; 28.4.2. hamilə qadınlara; 28.4.3. himayəsində üç yaşınadək uşağı olan qadınlara; 28.4.4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə; 28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə; 28.4.6. hərbi qulluqçulara. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırki işin müəyyən edilən hallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hazırda 67 yaşı var, pensiyaçıdır. Yəni, Azərbaycan Respubikası İXM-nin 28.4 və 30.2-ci maddələrinin tələblərinə görə ona törətdiyi Azərbaycan Respubikası İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilə bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Odur ki, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respubikası İXM-nin 34.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqqında Kürdəmir rayon məhkəməsinin 3(041)- 1303/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının icrasına xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6, 31, 34, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, həmin Məcəllənin 34.1-ci maddəsinə müvafiq olaraq barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqqında Kürdəmir rayon məhkəməsinin 33(041)-1303/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının icrasına xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar