Məhkəmə qərarları › İş №3(041)-420/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-420/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-420/2025 26.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati qərardan şikayət vermiş X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 18 aprel 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 18 aprel 2025-ci il tarixli, TP 7184689nömrəli inzibati tənbeh vermə haqqında qərarla X1 İXM-in 353.2 maddəsi ilə tərtib olunmuş protokola görə 600 manat məbləğində cərimə edilməsini qərara alınmışdır. X3 məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 08 aprel 2025-ci il tarixli, TP 7184689nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, qardaşı X2 məxsus ”DAF XF 95.380”markalı, **-NP-*** nömrəli ağır tonajlı yük maşınını etibarnamə əsasında, ”MEİERLİNG MS24” markalı yarımqoşqu isə ona məxsus olmaqla idarə edir. İdarə etdiyi yük avtomobili yarımqoşqu ilə birlikdə 6 oxludur. O, xx.xx.2025-ci il tarixdə həmin avtomobil yarımqoşqu ilə qanunvericiliyin ələbinə görə iriqabaritli və ya ağırçıəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə paramaetrlərini aşmamaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edərək ümumilikdə 39 ton 600 kq yük gətirmiş, onun gətirdiyi yük qanunamüvafiq olaraq iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə uyğun olmuş, yəni qanuna görə 6 oxa düşən çəki 48 ton olduğu halda onun gətirdiyi çəkisi oxa düşən kütlə ilə birlikdə 39 ton 600 kq olmuşdur. Həmin tarixdə Hacıqabul-Horadiz yolunun 18-ci km-də hərəkətdə olarkən Xİİ tağım YPX-nin inspektoru onu saxlatdırmış və avtomobili Sabirabad şəhərinə apararaq barəsində əsassız olaraq inzibai xəta haqqında protokol tərtib edilmişdir. Onun idarə etdiyi avtomobil yüklə birlikdə çəkilmiş, yükün artıq olmamasının özləri də şahidi olmuş, lakin yükün nə qədər olması barədə ona heç bir məlumat vermədən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək 600 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib olunan xx.xx.2025-ci il tarixli protokolu bir neçə gündən sonra, inzibati tənbeh vermə haqqında qərarı isə xx.xx.2025-ci il tari göstərilsə də həmin tarixdən bir neçə gün sonra bir neçə dəfə müraciət etdikdən sonra vermişlər. Hesab edir ki, Daxili İşlər Nazirliyinin Bakı X7 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsində göstərdiyi məzmnda izahat verib şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə və istifadəsində olan ***-***-**-** nömrəli telefonla əlaqə saxlanlılaraq xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 18 aprel 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Hacıqabul-Horadiz yolunun 18-ci km-də “DAF XF 95.380” markalı, **-NP-***dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğdə cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 xx.xx.2025-ci il tarixdə Hacıqabul-Horadiz yolunun 18-ci km-də “DAF XF 95.380” markalı, **-NP-***dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Xİİ tağım YPX-nin inspektoru tərəfindən saxlanılmış, nəqliyyat vasitəsilə birlikdə Sabirabad rayonu ərazisinə gətirilmiş, orada nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri tərəzidə ölçülmüş, həmin gün Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə F.Cəfərli barəsində protokol tərtib edilmiş, 10 gün sonra isə, yəni xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında qərar qəbul edilmnəklə o, 600 manat məbləğdə cərimə edilmişdir. X3 qərarla razılaşmamış və şikayət vermişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsin əsasən, Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilməlidir. Həmin Məcəllənin 127-1.1-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə görə nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Göründüyü kimi, subyektiv müdaxilələrin qarşısının alınması məqsədilə qanunverici bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməsini, inzibati xəta haqqında olan pozuntunun real vaxt rejimində elektron qaydada qeydə alınmasını, qərarların elektron qaydata real vaxt rejimində tərtib edilməsini zəruri saymışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Xİİ tağım YPX-nin inspektoru tərəfindən X3 barəsində inzibati xəta haqqında protokol və qərar kağız daşıyıcıda tərtib edilməklə, aralarında 10 gün vaxt olmuş, bu da qanunun yuxarıda qeyd edilmiş real vaxt rejimi göstərişlərinin pozulması kimi qiymətləndirilməlidir. Eləcə də, məhkəmə inzibati xəta hadisəsinin protokol tərtib etmiş şəxs tərəfindən bilavasitə aşkar olunması barədə hallara münasibət bildirərək qeyd edir ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinin müəyyən edilməsi, yalnız nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin köməyi ilə mümkündür. Belə tərəzilər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İnteqrasiya edilmiş belə tərəzilərdə qabarit, çəki və kütlə parametrləri ölçülən nəqliyyat vasitəsi barədə məlumatlar dərhal ötürüldüyündən, pozuntu baş verdiyi halda protokol və ya qərar da real vaxt rejimində qəbul edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin pollis polkovniki T.F.Mayılov tərəfindən F.Cəfərli barəsində olan inzibati tənbehin vermə haqqında 18 aprel 2025-ci il tarixli, TP ******* nömrəli qərarın İXM-nin müddəalarının pozulması ilə qəbul edilməsinə əsaslı şübhələr vardır ki, bu da inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 38.6-cı maddəsinin tələbinə görə, Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1-ci və 53.1.11-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, F.Cəfərlinin şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin pollis polkovniki T.F.Mayılov tərəfindən F.Cəfərli barəsində qəbul edilmiş inzibati tənbehin vermə haqqında 18 aprel 2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin polis polkovniki T.F.Mayılov tərəfindən qəbul edilmiş X1 barəsində inzibati tənbeh vermə haqqında 18 aprel 2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar