Məhkəmə qərarları › İş №3(041)-421/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-421/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-421/2023 03.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.10 Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1985-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Carlı kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə sürüülük hüququ olmadan idarə etdiyi “MERSEDES C” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, H.Əliyev prospektində yol hərəkəti qaydasını pozaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, onun sürücülük hüququ yoxdur. xx.xx.2023-cü il tarixdə anasına dərman almaq üçün Bakı şəhərində yaşayan qardaşı X2 isitfadəsində olan “MERSEDES C” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Kürdəmir şəhərinə gəliş və avtomobili yolun sağ hərəkət hissəsinin kənarında saxlamış və aptekdən dərmanları alaraq avtomobilə əyləşib yolun hərəkət istiqamətinə çıxmış və həmin vaxt öz yolunda hərəkətdə olan “MERSEDES C” markalı avtomobili gözləmədən hərəkətə başlayaraq həmin avtomobilin qarşısına çıxaraq idarə etdiyi avtomobilin sol hissəsi ilə toqquşmuş və o, idarəetməni itirərək yolun hərəkət hissəsinin sağ kənarında dayanmış olan “VAZ 2107” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtoçobilin sol yan hissəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Onun anası xəstə olduğu üçün dərmanlı təcili çatdırmaq lazım olduğundan hadisə yerində göszləməmiş və oradan uzaqlaşaraq getmişdir. Hadisə olan vaxtdan 4 gün sonra polis əməkdaşları onu Kürdəmir RPŞ-nə dəvət etmişlər. O, dəymiş ziyanı ödəməmişdir və ödəməyə də maddi imkanı yoxdur. Özü heç bir yerdə işləmir. Əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb ona aşağı həddə inzibati həbs verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saat 17radələrində özünə məxsus “MERSEDES C” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Küdəmir şəhəri, H.Əliyev prospektində 4 yol istiqamətində hərəkətdə olarkən ondan qarşıda olan yolun hərəkət hissəsnin sağ kənarından hərəkətə başlayan “MERSEDES C” markalı tünd göy rəngli avtoobil onu buraxmadan manevr edərək qəfildən onun qarşısına çıxaraq onun idarə etdiyi avtomobillə toqquşaraq və bundan sonra zərbə nəticəsində yolun hərəkət hissəsinin sağ kənarında dayanmış “VAZ 2107” markalı avtomobilin sol yan hissəsindən dəyərək dayanmışdır. Bundan sonra “MERSEDS C” markalı avtomobilin sürücüsü avtomobildən düşüərək ona arxasıyca sürməyi demiş, o, isə hadiə yerindən uzaqlaşmamaq üçün dərhal polis şöbəsinə məlumat vermişdir. Hadisə zamanı avtomobildə tək olmuş, özü bədən xəsarəti almasa da onun avtomobilinə 790 manat maddi ziyan dəymişdir. Həmin vaxt o, avtomobilin nömrəsini görə bilməmiş və hadisəni törədən şəxsi tanıya bilməmişdir. Adını sonradan bildiyi Şəxs hadisə törədərək oradan uzaqlaşmış və sonradan polis əməkdaşları tərəfindən hadisəni Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdr. Ona dəymiş ziyan ödənilməmişdir.Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs X1 izahatında göstərdi kixx.xx.2023-cü il tartixdə axşam saat təxminən 17 radələrində etibarnmə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, H.Əliyev prospektində yolun hərəkət hissəsnin sağ kənarında saxlayaraq getmiş, sonradan ona verilən məlumata görə “MERSEDES C” markalı, göy rəngli avtomobilin onun avtomiobilinə çırpıldığöını və hadisə yerindən uzaqlaşdığını demişlər. O, hadisəni görməmişdir. Sonradan hadisənin Kürdəmir ayonunun Carlım kənd sakini Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir.Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomibilinə 350 manat maddi ziyan vurmuşdur. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Rüfət hadisə yerindən uzaqlaşdığına görə onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2023-cü il tarixli, 06 nömrəli ziyan aktından görünür ki, “MERSEDES C” markalı, **- FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 790 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2023-cü il tarixli, 05 nömrəli ziyan aktından görünür ki, “VAZ 2107” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat maddi ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və məsuliyyəti yüngülləşdirən hal kimi eyni xətanı il ərzində təkrara törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 10 ( on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon Polis şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə maddi ziyanla bağlı məhkəmədə mülki iddia qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsiləŞirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar