Məhkəmə qərarları › İş №3(041)-421/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-421/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-421/2024 22.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Kürdəmir rayon polis şöbəsi X8 X6 Xidmətinin inspektoru Polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon polis şöbəsi X8 X6 Xidmətinin inspektoru Polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 12 radələrində o, “VAZ 217050” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, H.Əliyev prospektində hərəkətdə oalrkən Kürdəmir RPŞ DYPB-nin əməkdaşı Elşad Heydərzadə heç bir səbəb olmadan onu saxlamış və ondan bütün sənədlərini alaraq ona “sən Kürdəmirdə belə maşın sürə bilməzssən” deyərək ona təhlükəsizlik kəmərini taxdığı halda və avtomobilin konstruksiyasına heç bir müdaxilə etmədiyi halda onun barəsində AR İXM-nin 329.1 və 342.2.2-ci maddəsi inzibati xəta haqqında protokol tərtib etmişlər. O, isə polis əməkdaşına kəməri taxdığını və idarə etdiyi avtvomobilin texniki paspeortunda “Sport” və onun avtomobilin idman üslübunda ”Tyuninq” yazılmasını bildirsə də ona heç bir əhəmiyyət verməmişl və qərəzli şəkildə onun barəsində protokol tərtib etmişlər. Qeyd edilən avtomobil avtomobiliт əvvəlki sahibi Ələkbər Yusupov barəsində də tərtib ediləs də sonradan BDYPİ-nin xx.xx.2017-ci il tarixli qərarı ilə xitam edilmişdir. Hesab edir ki, o, heç bir qanun pozuntusu törətməmiş və idarə etdiyi avtomobilin konstruksiyasına müdaxilə etməmiş, normativ tələbləri pozmanmışdır. O, avtomobilində bütün göstəricilər texniki pasporta uyğundur. Onun heç bir günahı yoxdur. Ona görə də şikayətlə bağlı məhkəmə ekspertizası təyin edilmişdir. Ekspertiza rəyi alınanadək şikayətçi məhkəməyə ərizə göndərərk barəsində tərtib edilmiş protokolun qanuni olduğunu və ona təyin edilmiş cəriməni ödədiyini onun heç bir şikayətinin olmadını bildirib təqdim etdiyi şikayəti və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9,21,129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət ərizəsi şikayətçi K.A.Əhmədovun ərizəsinə əsasən geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar