Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-422/2024 25.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Babək küçəsində ucadan ünvanlı və ünvansız nalayiq ifadələrlə işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini etiraf edərək izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Atakişili kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Bir müddət əvvəl tanışı Murad Mənsimov onun uşağını təhqir etdiyini eşitdiyindən xx.xx.2024-cü il tarixdə sərxoş halda məsələyə aydınlıq gətirmək üçün onun yanına gedib söhbət etmişlər. Aralarında gedən söhbət əsnasında Murad Mənsimovla mübahisələri düşmüş və mübahisə vaxtı əsəbləşərək Muradın qulağını dişləmişdir. Həmin gün Kürdəmir rayonu Babək küçəsində olan zaman Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq barəsində şikayət olduğunu bildirmişlər və izahat verməsi üçün onu polis şöbəsinə dəvət etdikləri üçün əsəbi halda uca səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, hisslərini cilovlaya bilməmiş və aralarında anlaşılmazləq olmuşdur. Əməlindən peşmandır və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ CAB-nin əməliyyat müvəkkilli vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məlumata əsasən xəstəxanaya getmişlər və Murad Mənsimov adlı şəxsin qulağından xəsarətlər aldığını görmüşlər, sorğu-sual zamanı Murad Mənsimov ona xəsarət yetirənin Şəxs olduğunu bildirdiyindən Sabirin yerini müəyyən edib onu şöbəyə aparmaq üçün əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər və Şəxs Kürdəmir rayonu Babək küçəsində saxlayaraq özlərini təqdim edib izahat verməli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs onlarla kobud rəftar edərək səs-küy salıb uca səslə nalayiq ifadələr işlətmiş, ətrafda yaşayan və yoldan keçən insanların oraya toplaşdığını görüb, məcburi qaydada onu polis şöbəsinə apararaq izahatı alınmış və barəsində inzibati xəta haqqına protokol tətib edilmişdir. Şəxs oğlunun törətdiyi inzibati xəta özünün etirafı, şahidin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ələlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000369 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 19.00-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 15.00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona tətbiq edilmiş inzibati həbs tənbeh tədbirindən çıxılmalı, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 07 (yeddi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona tətbiq edilmiş inzibati həbs tənbeh tədbirindən çıxılmaqla üzərində qəti olaraq 06 (altı) gün həbs tənbeh tədbiri saxlansın. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-422/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-422/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver