Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-423/2023 04.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 12.00 Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və zərərçəkmiş X3 iştirakı ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Mollakənd kənd tam orta məktəbində təsərrüfat müdirti vəzifəsində işləyən, Kürdəmir rayonu Mollakənd kəndində yaşayan - X4 haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 xx.xx.2023-cü il tarixdə yaşadığı Kürdəmir rayonu Mollakənd kəndində atası X5 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X2 şikayəti əsasında X4 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən X4 izahatında göstərdi ki, o, Kürdəmir rayonu Mollakənd kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə bir az araq içmış və evə gələrək atası ilə mübahisə edərək nalayiq ifadələrlə onu təhqir etmişdir. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş X6 ifadəsində göstərdi ki, oğlu Şəxs Kürdəmir rayonu Mollakənd kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləsə də spirtli içkilərə meyillidir və o, əlinə pul düşən kimi araq içərək onlarla heç bir səbəb olmadan dava edərək nalayiq ifadələrlə təhqir etmişdir. Sonuncu dəfə də xx.xx.2023-cü il tarixdə Elçin sərxoş vəziyyətdə onnla mübahisə edərək kəndin ortasında nalayiq ifadələrlə onu təhqir etmiş və o, da belə hallar dəfələrlə təkrar olduğu üçün bezmiş və öz telefonu ilə DİN-nin 102 xidmət mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Onun şikayəti əsasında Kürdəmir RPŞ-nin əməkdaşları onların yaşadıqları yerə gəlib onu dinlədikdən sonra Elçinin izahatını almaq istəmiş, lakin Elçin pois əməkdaşları ilə əlbəyaxa olaraq polis əməkdaşı Tağı Məmmədovun üzünü və paltarlarını cırmışdır. Bira az sonra başqa polis əməkdaşalrı da gəlmiş və Elçini məcburi qaydada polis şöbəsinə aparmışlar. Oğlu Elçin spirtli içkilərə meyillidir və dəfələrlə onu və anasını nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı X1 əməli özünün etirafı zərərçəkmiş şəxsin izahatı, hadisənin baş vermə şəraitindən, habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, X1 törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən X1 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olasını məsuliyyətini yüngülləşdirənhal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZA 000124 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X4 03 may 2023-cü il tarixdə,saat 17.30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən X1 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, tərəflər arasında belə halların dəfələrlə təkrar olunmasını və belə halların qarşısını almaq üçün məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-423/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-423/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver