Məhkəmə qərarları › İş №3(041)-424/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-424/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-424/2025 13.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan və yaşayan (FİN- xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞnin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2025-ci il tarixdə 16:10-da idarə etdiyi “Volkswagen polo classic” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Küdəmir şəhəri, Vaqif küçəsi İmişli rayonu istiqamətində manevr etmə qaydalarını pozmaqla Zərərçəkmiş şəxs məxsus olan “BMW 530” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillin hərəkətdə olduğu zolağa yola çıxaraq geriyə dönmə hərəkəti edən zaman “BMW 530” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillin ön sağ hissəsi ilə Şəxs idarə etdiyi avtomobilin arxa sol hissəsi ilə toqquşaraq sonuncu avtomobilə zərər vurmaqla yol nəqliyyat hadisəsi törətmiş bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməklə zərərçəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, “Volkswagen polo classic” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özü idarə edərək Kürdəmir şəhəri, Vaqif küçəsində İmişli rayonu istiqamətində hərəkətdə olan zaman avtomobilini yolun hərəkət hissəsinin sağ kənarında dayandırmış, bundan sonra ondan arxada baş yolda İmişli rayonu istiqamətində hərəkətdə olan avtomobillərə yol vermişdir. Daha sonra geriyə dönmək məqsədilə hərəkətə başladıqda sola dönərək əks istiqamətli hərəkət zolağında yola çıxmış və geriyə dönən zaman sürətlə gələn BMW 530 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol hissəsi toqquşmuşdur. O, həmin BMW 530 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmiş, avtomobildə tək olmuş və heç bir bədən xəsarəti almamışdır. 2 ci qrup əlildir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* №-li İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. xx.xx.2025-ci il tarxili yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Volkswagen polo classic” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi, BMW 530 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə ön sağ hissəsi zədələnmişdir. Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsinin xx.xx.2025-ci il tarixli 03 №-li ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus BMW 530 markalı, 77-HT -996 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan umumilikdə 3920 manatdır. İş materiallarına əlavə edilmiş hadisənin görüntüsünü özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, “Volkswagen polo classic” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Küdəmir şəhəri, Vaqif küçəsi İmişli rayonu istiqamətində manevr etmə qaydalarını pozmaqla Zərərçəkmiş şəxs məxsus olan “BMW 530” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillin hərəkətdə olduğu zolağa yola çıxaraq geriyə dönmə hərəkəti edən zaman “BMW 530” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə toqquşmuşdur. CMS-“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş sorğuya cavabdan görünür ki, Şəxs 02-ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün izahatı, hadisənin görüntüsünü özündə əks etdirən DVD disk və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin 02-ci qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirib və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar