Məhkəmə qərarları › İş №3(041)-425/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-425/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-425/2023 04.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 12.30 Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Mollakənd kənd tam orta məktəbində təsərrüfat müdirti vəzifəsində işləyən, Kürdəmir rayonu Mollakənd kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonu Mollakənd kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə bir az araq içmış və evə gələrək atası ilə mübahisə etmişdir. Atası da DİN-nin 102 xidmət mərkəzinə zəng edərək məlumat vermiş, məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gəlib atasının şikayəti əsasında ondan izahat almaq istəmiş, o, isə sərxoş oldiğu üçün polis əməkdaşları ilə mübahisə edərək onlarla əlbəaxa olmuşdr. Bundan sonra ora gələn polis əməkdaşalrının köməkliyi ilə onu məcburi qadada polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polsi sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə əməliyyat-istintaq qrupunda olarkən Kürdəmir rayon Mollakənd kənd sakini X2 DİN-nin 102 xidmət mərkəzinə etdiyi şikayət əsasında Kürdəmir RPŞ-nin əməkdaşı Tağı Məmmədovla birlikdə qeyd edilən ünvana getmişlər. Onlar qeyd edilən ünvana çatanda adıı sonradan bildikləri Elçinin yaşadığı evə getmiş və onu həyətdən səsləyərək ona barəsində edilən şikayətlə bağlı izahatının alınmasının lazım olduğunu demiş və həmin vaxt o, və arvadı həyətə düşərək nalayiq ifadələrlə onları təhqir edib üzərlərinə atılaraq Kürdəmir RPŞ-nin əməkdaşı Tağı Məmmədovun üzünü və paltarını cırmışlar. Onlar Elçinin sakitləşmədiyini görüb əlavə olarq kömək üçün polis əməkdaşları çağırmışlar. Bundan sonra Elçini məcburi qaydada polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.20263-cü il tarixdə əməliyyat-İstintaq qrupunda olarkən Kürdəmir rayonu Mollakənd kənd sakini X2 DİN-nin 102 xidmət mərkəzinə etdiyi zəng əsasında həmin kəndin sahə rəsisi, İbrahim Sadıqovla birlikdə qeyd edilən ünvana getmişlər. Onlar Şəxs yaşadığı ünvana gedib onu həyətdən səsləyərək ondan edilən şikaətlə bağlı izahatının alınmasını almaq istəmiş və ondan şəxsiyyət vəsiqəsinin də gətirməsini xahiş etmiş, lakin Şəxs sərxoş vəziyyətdə onların yanına gələrək mübahisə edib əl-qol atmış və onun üzərinə atıları əlbəyaxa olub onun üzünü və palltarlarını cırmışdır. Həmin vaxt Eelçinin sərxoş və özündə olmadığını görüb dərhal kömək üçün əlavə polis əməkdaşları çağırmışlar. Polis əməkdaşları gələndən sonra Elçini sakitləşdirib məcburi qaydada polis şöbəsinə gətirib barəsində inzibati xərta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, oğlu Şəxs Kürdəmir rayonu Mollakənd kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləsə də spirtli içkilərə meyillidir və o, əlinə pul düşən kimi araq içərək onlarla heç bir səbəb olmadan dava edərək nalayiq ifadələrlə təhqir etmişdir. Sonuncu dəfə də xx.xx.2023-cü il tarixdə Elçin sərxoş vəziyyətdə onnla mübahisə edərək kəndin ortasında nalayiq ifadələrlə onu təhqir etmiş və o, da belə hallar dəfələrlə təkrar olduğu üçün bezmiş və öz telefonu ilə DİN-nin 102 xidmət mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Onun şikayəti əsasında Kürdəmir RPŞ-nin əməkdaşları onların yaşadıqları yerə gəlib onu dinlədikdən sonra Elçinin izahatını almaq istəmiş, lakin Elçin pois əməkdaşları ilə əlbəyaxa olaraq polis əməkdaşı Tağı Məmmədovun üzünü və paltarlarını cırmışdır. Bira az sonra başqa polis əməkdaşalrı da gəlmiş və Elçini məcburi qaydada polis şöbəsinə aparmışlar. Oğlu Elçin spirtli içkilərə meyillidir və dəfələrlə onu və anasını nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000124 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17.30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir ) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar