Məhkəmə qərarları › İş №3(041)-425/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-425/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-425/2025 14.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu Ucarlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Dadaşov X3 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-38/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-38/2023 saylı icra vərəqəsinə 3 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 110 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlmədiyi üçün xx.xx.2024-cü il tarixdə məcburi qaydada Kürdəmir rayon icra və probasiya şöbəsinə gətirdilmiş, həmin gün icraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş ona təqdim edilmişdir. Hazırda borclunun tələbkara olan borcu 8630 manat təşkil edir. İcra sənədini icra etməkdən yayındığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-38/2023 saylı icra vərəqəsinə 3 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa görə 110 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Alimenti nağd və kart vasitəsilə də ödəmişdir. Aylıq 330 manat ödəməlidir, ancaq ara-sıra 200-250 manat , sonuncu dəfə işsiz olmağı səbəbindən 100 manat ödəmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-38/2023 saylı icra vərəqəsinə 3 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 110 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - İcra sənədi üzrə qəbul edilmiş icraata başlama haqqında qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs imza etdirməklə təqdim edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-410/2024 saylı qərarından görünür ki, 2(041)-38/2023 saylı icra sənədlərini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. - Borclu Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə verdiyi izahatında icra sənədi üzrə yaranmış 8630 manat borcunu etiraf etmiş, borcun yaranmasını işləməməsi ilə əlaqələndirmişdir. - borclu Şəxs icra sənədinin icrası ilə bağlı çağırışlarla gəlmədiyindən icra məmurunun borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Kürdəmir rayon polis şöbəsinə göndərilmişdir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən yayındığı üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-410/2024 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli, 2(041)-38/2023 saylı icra sənədlərini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, borcunu ödəməmiş və icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Polis əməkdaşları tərəfindən tutularaq Kürdəmir rayon icra və probasiya şöbəsinə təhvil veriləndən sonra icra məmuru tərəfindən izahatı alınmış bir il ərzində eyni icra sənədlərinə münasibətdə borcunu ödəmədiyi üçün xx.xx.2025-ci il tarixdə barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyini, icra sənədinin verildiyi 3 ildən artıq müddətdə 1 manat da olsun aliment ödəmədiyini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar