Məhkəmə qərarları › İş №3(041)-426/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-426/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-426/2025 15.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs Kənan oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir RPŞ tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Kürdəmir rayonu Dəyirmanlı kənd sakini Şəxs ondan Kürdəmir rayonunda 300 manat pulu alaraq ünvan 1 ünvanında yerləşən Bakı MMC şirkətinə 1 illik müqavilə bağlayaraq işə düzəldəcəyini vəd etməsi, lakin işləmədiyi halda adının portalda davamlı qalması və onun adına naməlum şəxsin əmək haqqı almasını və yeni işə başlaya bilməməsi ilə bağlı Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında Kürdəmir RPŞ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs Kənan oğluna dəymiş ziyan 300 manat olduğun müəyyən edildiyi üçün xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs Kənan oğlunu təxminən 2023-cü ildə tanışı Samir Məmmədov vasitəsi ilə tanımışdır. Cəsarətlə ilə Kürdəmir rayonunda görmüşdür. Cəsarət ona iş yeri lazım olduğunu və adını harasa yazdırmaq istədiyini dedikdə, o da Bakıda bir nəfər tanışının olduğunu və köməklik edəcəyi bildirmişdir. Bundan sonra o, Bakı şəhərində tanışı olan Emil adlı şəxslə telefon vasitəsi ilə danışmış və Emil ona 300 manat lazım olduğunu demişdir. Daha sonra o da Cəsarətə 300 manat verməli olduğunu bildirmişdir. Cəsarət ona 300 manat vermiş, o da həmin pulu tanışı Emilə göndərmişdir. Bir neçə müddət sonra Cəsarət işə düzəlmişdir. Lakin 01 il sonra Cəsarət onu yığaraq adının işdən çıxarılmasını istəmişdir. O da tanışı Emilə zəng etmiş, Emil də Cəsarətin adını işdən çıxaracağını bildirmişdir. X4 adını işdən çıxartmamışdır. Hazırda maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Kənan oğlu izahat verərək bildirmişdir ki, Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır, aldığı məlumata görə Kürdəmir şəhər sakini Samir Məmmədovun yanında getmiş, Asan xidmətə gedib sosial yardım almaq üçün lazım olan sənədləri düzəltdirdiyini, lakin ona imtina gəldiyini və haradasa rəsmi işi yerinin olması bildirmişdir. Samir də ona tanışının olduğunu iş düzəldə biləcəyini bildirmişdir. Samir onu Dəyirmanlı kəndində yaşayan Əbülfəz adlı şəxslə tanış etmişdir. Əbülfəz ona Baken MMC-yə bir illik müqavilə ilə fəhlə kimi işə düzəldə biləcəyini və 300 manat verməli olduğunu demişdir. O da Əbülfəz ilə razılaşdığından Əbülfəzin ona göndərdiyi hesab kartına 300 manat pul göndərmişdir. Əbülfəz onu işə düzəltmişdir. Bir il sonra Bakı şəhərində mühafizə xidmətinə işə qəbul olmaq üçün ona rəsmi iş yerinin olduğundan işdən çıxmasını dediklərindən, o da Əbülfəzə adını işdən çıxartmasını xahiş etmişdir. Lakin Əbülfəz onu işdən çıxarmamışdır. Əbülfəzə verdiyi 300 manat pulu geri istəmiş, lakin Əbülfəz aldadaraq işdən çıxartmamış və 300 manat pulunu da qaytarmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Kənan oğlunun müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Kürdəmir RPŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Kənan oğluna 300 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Çünki Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və məhkəmədə öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməlidir. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs tətbiq ediləcək ictimai işlər növündə tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı, üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 28, 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh növü gün ərzində dörd saatdan çox olmasın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar