Məhkəmə qərarları › İş №3(041)-427/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-427/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-427/2023 05.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1063098 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əhmədov X3 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-396/2016 saylı və xx.xx.2017-ci il tarixli, 2(041)-60/2017 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru R.R.Əsgərov inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)- 396/2016 saylı icra vərəqəsinə əsasən borclular Şəxs və X2 müştərək qaydada 64701.05 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-60/2017 saylı icra vərəqəsinə əsasən borclular Şəxs və X2 müştərək qaydada 5411.79 manat borcun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədləri icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclulara bildiriş göndərilmişdir. Hər iki icra sənədinin icrası ilə əlaqədar Şəxs müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs borcunu ödəməkdən yayınmış, hazırda icra sənədi üzrə olan borcu "xxxx" ASC-yə 54737 ABŞ dolları və "xxxx" ASC-yə 5411.79 manat borcu təşkil edir. Lakin bankdan borclu tərəfindən edilən ödənişlərlə bağlı arayış əldə edə bilmədiyi üçün qalıq kimi göstərilən 54737 ABŞ dolları və 5411.79 manat borcu təxmini qeyd etmişdir. Buna baxmayaraq borc məbləği bu günə kimi tam şəkildə ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-396/2016 saylı icra vərəqəsinə əsasən ondan və X2 müştərək qaydada 64701.05 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-60/2017 saylı icra vərəqəsinə əsasən ondan və X2 müştərək qaydada 5411.79 manat borcun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Maddi imkansızlığa görə borcunu bu günə kimi tam şəkildə ödəyə bilməmişdir. Bu günə kimi borcundan ödənişlər edib, lakin ödəniş qəbzlərini itirdiyi üçün hazırda borclunun nə qədər olması barədə məlumatı yoxdur, hesablamalarına görə onun borcu azdır, yəni 54737 ABŞ dolları və 5411.79 manat deyil. Ödənişlərlə bağlı arayış almaq istəmiş, lakin icra məmurunun dəvəti ilə şöbəyə gəldiyi üçün bunu edə bilməmişdir. Baş verənlər barədə icra məmuruna məlumat vermiş, lakin icra məmuru ödənişlərlə bağlı bankdan arayış almadan təxmini borc məbləği qeyd edərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İcra sənədini icra etməli olduğunu dərk edir, hazırda borcunun dəqiq nə qədər olmasını bilib ödənişlər etməklə bağlı tədbirlər görür. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-396/2016 saylı icra vərəqəsinə əsasən borclular Şəxs və X2 müştərək qaydada 64701.05 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-60/2017 saylı icra vərəqəsinə əsasən borclular Şəxs və X2 müştərək qaydada 5411.79 manat borcun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İcra məmuru borclu Şəxs tərəfindən ödənişlər olunduğunu, lakin bankdan ödənişlərlə bağlı arayış əldə edə bilmədiyi üçün qalıq kimi göstərilən 54737 ABŞ dolları və 5411.79 manat borcu təxmini qeyd etdiyini bildirir. Məhkəmə iclasında borclu bu günə kimi borcundan ödənişlər etdiyini, ödəniş qəbzlərini itirdiyi üçün hazırda təqdim edə bilmədiyini, borcunun 54737 ABŞ dolları və 5411.79 manatdan az olduğunu, həmçinin hər iki icra sənədini icra etməli olduğunu dərk etdiyini və bununla bağlı tədbirlər gördüyünü bildirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar