Məhkəmə qərarları › İş №3(041)-427/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-427/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-427/2024 29.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Fin xxxxxxx Şəxs barəsində Kürdəmir rayon prokurorluğundan daxill olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kürdəmir şəhəri Q.B.Zakir küçəsində uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində qonşuluqda yaşayan Vaqifin arvadı X1 ilə yaşadıqları Kürdəmir şəhəri, Q.B.Zakir küçəsində yerləşən evin qarşısında mübahisə etdiyini görüb onlara yaxınlaşmış və Vaqifdən nə üçün mübahisə etdiyini soruşduqda onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşdiyindən onu təpiklə ayağından vurmuş və bir-birinin ünvanına ucadan danışaraq nalayiq ifadələr işlətmiş, mübahisələrini eşidən ətrafda olan şəxslər yaxınlaşaraq onları ayırmışlar. Hazırda ictimai qaydanı pozan hərəkətlər etdiyi üçün peşmandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində arvadı X1 ilə işdən gələrkən yaşadıqları Kürdəmir şəhəri, Q.B.Zakir küçəsində yerləşən evin qarşısında sözlə mübahisə edərkən, qonşuluqda yaşayan Rahim onlara yaxınlaşıb mübahisələrinə müdaxilə etmiş və təhqiramiz ifadələrlə Aytəndən aralanmağını tələb etmiş, mübahisə zamanı Şəxs təpiklə ayağından vurmuş və onu ucadan nalayiq ifadələrlə təhqir etmişdir. Səsə-küyə ətrafda olan adamlar yaxınlaşaraq onları ayırmışlar. Şəxs barəsində şikayətcidir və onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı və zərərçəkmiş şəxsin izahatı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran müəyyən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar