Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-427/2025 19.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağsu rayonu, 3-cü məhəllədə qeydiyyatda olan və yaşayan (FİN- xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMnin) 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2, 332.4 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 05 mart 2025-ci il tarixdə saat 17:27 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən 168-ci km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü madəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququna dair sürücülük vəsiqəsi olmadan, dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan motosikleti ilə hərəkətdə olarkən həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarından ehtiyat hissədə 10 km/sürətlə hərkətdə olarkən, hərəkətdə olduğu sürətlə hərəkət hissəsinin sağ hərəkət zolağına gözləmədən dönərək hərəkət hissəsinin sol kənarına doğru hərəkətdə olarkən Zərərçəkmiş şəxs Kazım oğlunun 70 km/saat sürətlə idarə etdiyi “SCHMİTZ” markalı BB459U yarımqoşqusu olan “DAF” markalı KA555ZM dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkətdə olduğu sağ hərəkət zolağına çıxmış, motosikletin arxa sol hissəsi yük avtomobilinin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Şəxs tərəfindən yol hərkərti qaydalarının pozulması ehtiyatsızlıqdan avtomobil və motosikletin zədələnməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərəçəkmiş şəxsə maddi zərər vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, onun özünə məxsus motosikleti var. O, 1 aydan çıxdur ki, həmin motosikleti sürücülük vəsiqəsi və texniki pasportu, nömrə nişanı olmadan idarə etmişdir. xx.xx.2025-ci il tarxidə axşam radələrində Ağsu rayonunda Kürdəmir rayonu Ərəbqubalı kəndinə metal üçün qırıq dəmir parçaları yükləyib aparmaq üçün getmişdir. Kürdəmir rayonundan Ağsu rayonuna qayıdarkən Sığırlı kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarından olan ehtiyat hissə ilə 10 km/saat sürətlə hərəkətdə olmuşdur. Hərəkətdə olduğu sürət ilə arxaya baxmadan sola çıxmışdır. Bu zaman motosikletinə zərbə dəydiyini hiss etmişdir. Zərbənin təsirindən motosiklet fırlanaraq sola çıxmış və ayırıcı yola aşmışdır. Hadisə zamanı başından sıyrıq xəsarətləri almışdır. Dönmə icazəsi olmayan yerdən dönmüş, diqqətsizlik edərək yol-nəqliyyat hadisəsi törətmişdir. 2-ci qrup əlildir. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* №-li İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.1, 332.2, 332.4 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 198/020 №-li ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs Kazım oğluna məxsus “DAF” (TİR) markalı, KA555ZM dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan umumilikdə 1520 manatdır. xx.xx.2025-ci il taixli № 81-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il taixli № 82-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Zərərçəkmiş şəxs Kazım oğlu hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarxili qərardan görünür ki, HK-1-43 №-li material üzrə cinayyət işinin başlanması rədd edilmişdir. CMS-“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş sorğuya cavabdan görünür ki, Şəxs 02-ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin 02-ci qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirib və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2, 332.4 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair məsələyə baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2, 332.4 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-427/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-427/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver