Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-428/2023 05.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2005-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məktəbli, Ağdam rayonu Şurabad kəndində qeydiyyatda olmaqla hazırda Kürdəmir şəhəri, Yeni şəhərcikdə yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri H.Əliyev prospekti 22 ) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “Chevrolet Laceti” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir şəhəri Babək prospektində hərəkətdə olarkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq yolun səthində təkər izləri buraxmış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi izahatında bildirdi ki, atasına məxsus “Chevrolet Laceti” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, lakin 18 yaşı tamam olmadığı üçün sürücülük vəsiqəsi ala bilməyib. xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində həmin avtomobillə Kürdəmir şəhəri Babək prospektində hərəkətdə olarkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq yolun səthində təkər izləri buraxmışdır. Bundan sonra polis əməkdaşları onu saxlayaraq etdiyi hərəkətlərə görə izahat verməli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə şöbəyə getmiş və baş verənlər barədə izahat vemişdir. Hazırda törətdiyi əmələ görə peşmandır, odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuş, inzibati xətanı törədərkən 18 yaşı tamam olmadığına görə yetkinlik yaşına çatmayan hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 16.2. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. İş materiallarına əlavə edilmiş, Kürdəmir RİH Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 14 aprel 2023-cü il tarixli qərarında xx.xx.2005-ci il təvəllüdlü Şəxs il ərzində təkrar inzibati xəta törətdiyi üçün onun inzibati məsuliyyətdən azad edilməsi məqsədəmüvafiq hesab edilməməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokolda inzibati həbs tənbeh tədbiri nəzərdə tutulduğu üçün materialın qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Bundan əlavə, Şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikasının İXM-nin 511.1.3cü maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsinə görə on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərlə yanaşı, Şəxs əməlindən səmimi peşmançılığını, inzibati xətanı törədərkən yetkinlik yaşına çatmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə və Ağsu RQİ və TBŞ-yə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-428/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-428/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver