Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-428/2024 29.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.25-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, aləli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərşəli kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Xırdapay kəndində şəxsi münasibətlər zəmnində aralarında yaransmış mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qəsdən onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət təqibinə xitam verilmiş, Şahin Babaşovun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Reyhan onun qynatası Güləddinin 2-ci arvadıdır.O,Güləddinin qızı Gülyazla 2009-cu il tarixdə evlənmiş,evləndikdə sonra aralarında mübahisələr olmuş və hazırda da münasibətləri normal deyildir.Onun Gülyazla birgə nikahlarından doğulmuş İbrahim gecə evə gəlmədiyi üçün onlar narahat olmuş və İbrahimin babasıgilə gilə gəldiyini zənn edərək anası Şəllə ilə birlikdə Reyhan gilə gələrək İbrahimin onlarda olub-olmamasını soruşmuş, Reyhan və qaynı Elşad İbrahimin onlarda olmadığnı desəlrə də İbrahim saxlandığı yerdən onu səsələyərək” ata mən burdayam” dedikdən sonra o, evə daxil olmaq istəmiş, lakin qaynatası Güləddin, qaynı Elşad və Reyhan ona mane olmaq istəmiş və o Reyhanı əli ilə itələmişdir. O, Reyhanı döyməmiş və ona heç bir xəsarət yetirməmişdir.Reyhan ona böhtan atır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şamonun qaynatası Güləddinin 2-ci arvadıdır. Güləddinin qızı Gülyaz Şamo ilə evlənmiş və sonradan münasibətləri pozulduğu üçün ayrılmışlar. Şamo ilə Gülyazın İbrahim adlı uşaqları vardır. İbrahim atası ilə yaşadığı Kürdəmir rayonunun Ərşəli kəndindən onların yaşadığöı Xırdapay kəndinə gəmiş və o atası Şamodan qaçdığını deyərək onlarda qalmışdır. xx.xx.2024-cü il tarixdə Şamo və anası Şəlalə onların yaşadlıqları evə gələrək İbrahimn onlarda olub-olmadığnı soruşmuş, o, isə polis şöbəsin ə məlumat vermək istəyəndə Şamo onu döyərək evə daxil olmuşdur. Şamo ayaqqabı ilə zorla daxil olandan sonra o, şamonun axrasıyca evə girmiş və Şamo onu evdə də dpymüşdür. O, Şamo ilə barışmamış və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində gösərdi ki, Reyhan onun analığı Şamo isə həm yeznələri həm də xalası oğludur. Şamo 2009-cu il tarixdə bacısı Gülyazla evlənmiş və onların İbrahim adlı uşaqları olmuşdr. İbrahim hadisədən bir gün əvvəl onların Kürdəmir rayonu Xırdapay kəndində yerləşən evlərinə gələrək atası Şamonun onun evdən qovduğunu demişdier.xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Şamo və xalası Şəlalə onlarının yaşadığı evə gələrək İbrhim onlarda olubolmadığını soruşmuş, analığı Reyhan DİN 102 xidmət mərkəzinə zəng etmək istəmiş və Şamo Reyhanı itələyərək ayaqqaı ilə evə daxil olmuş, Reyhan onun arxasıyca evə daxil olanda Şamo onu döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şamo onun oğlu. Reyhan isə Şamonun qaynatası Güləddinin 2-ci arvadıdır. Şamo Güləddin qızı həm də onun bacısı qızı Gülyazla 2009-cu il tarixdə evlənmiş və onların İbrahim adlı uşaqları olmuşdr. Sonradan Şamo ilə Gülyaz arasında münasibətlər pozulduöu üçün onlar ayrılmışlar. Hadisədən 1 gün əvvəl İbrahim evə gəlməmiş və onlar narahat olduqları üçün yaşadıqları Kürdəmir rayonunun Ərşəli kəndindən Reyhan gilin yaşadıqları Kürdəmir rayonun Xırdapay kəndində yerləşən və İbrahimin ana babasının evinə gəlib həyət qapısını döydükdə Reyhan qapını açmış və ondan İbrahimin onlarda olub-olmadını soruşmuş, Reyhan isə İbrahimin onlarda olmadıını desə də İbrahim saxlandığı yerdən uca səslə qışqıraraq”ata mən burdayam” demiş və Şamo evə daxil olaraq İbrahimi götürmək istəmiş, lakin həmin vaxtı Reyhan və Elşad Şamoya mane olmaq istəmiş, Şamo isə oğlu İbrahimin yanına getmək üçün evə daxil olmuşdur. Həmin vaxtı Şamo Reyhanı döyməmişdr, Reyhan ona böhtan atırş İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 137 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktından görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol süd vəzisində və sol kürəkaltı nahiyədə sıyrıq və cızıqların küt əşya təsirindən əmələ gəlmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırması zamanı X2 əməlini özü etraf etməsə də zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, hadisənin baş vermə şəraiti, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. X4 inzibati tənbeh tədbiri tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115, 117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15(on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-428/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-428/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver