Məhkəmə qərarları › İş №3(041)-428/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-428/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-428/2025 16.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərəçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Əskərov X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1158/2024 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1158/2024 saylı icra sənədi üzrə cavabdehin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə doğulmuş X9 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləği ilə hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Borclunun tələbkar Zərərçəkmiş şəxs yığılıb qalmış aliment borcu 4420 manatdır. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, odur ki, onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əskərov X5 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, taksi sürücüsü işləyir. Hissə-hissə ödəniş edir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1158/2024 saylı icra sənədləri üzrə ödənilməmiş qalmış borclarını maddi imkanı olmadığından ödəmək imkanı olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tərəfindən borcundan cəmi bir dəfə 200 manat ödənilmiş, geridə qalan ödənişlər isə ay ərzində 15-20 manat təşkil edir. Uşaqlar tələbə olduğundan onların maddi təminatını özü tək təmin edə bilmir. Şəxs taksi sürücüsüdür. Kürdəmir-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olaraq hər ay kifayət qədər qazanc əldə edir. O, aylıq çox az miqdarda 15-20 manat ödəniş etməklə onları ələ salır, aliment borcunu ödəməkdən yayınmağa çalışır. Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiq edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxin izahatı və iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1158/2024 saylı icra sənədinə əsasən, cavabdehin birgə nikahlarından xx.xx.2007-ci il tarxidə doğulmuş X9 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləği ilə hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1158/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs borcun könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-914/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən aliment borcu üzrə xx.xx.2025-ci il tarixdə 15 manat, xx.xx.2025-ci il tarxidə 20 manat, xx.xx.2025-ci il tarxdə 20 manat, xx.xx.2025-ci il tarixdə 15 manat, xx.xx.2025-ci il tarxidə 15 manat, xx.xx.2025-ci il tarxdə 20 manat ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarlarına əsasən borclarını üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)- 1158/2024 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Əskərov X5 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs aliment borcundan aşağı həddə- 15-20 manat ödənişlər etməklə aliment borcunun ödənilməsi görüntüsü yaratmaqla məhkəmə qətnaməsi ilə müəyyən edilmş aliment borcunu ödəməkdən yayınmağa çalışmışdır. Yığılıb qalmış aliment borcu isə 4420 manat təşkil edir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Əskərov X5 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarlarının qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada min manatdan min beş yüz manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Əskərov X5 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 16 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar