Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-429/2023 05.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olmaqla, deməsinə görə faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Eyvazov X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1198/2022 saylı, xx.xx.2015-ci il tarixli, 2(041)-458/2015 saylı, xx.xx.2016-cı il tarixli, 2(041)-635/2016 saylı, xx.xx.2013-cü il tarixli, 2(041)-458/2013 saylı, 2(041)-1452/2016 saylı xx.xx.2016-cı il tarixli, Sumqayıt şəhər Məkəməsinin 2(060)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli, Qaradağ rayon Məhkəməsinin 2(002)-2443/2023 saylı, xx.xx.2013-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru R.R. Əsgərov tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1198/2022 saylı, xx.xx.2015-ci il tarixli, 2(041)-458/2015 saylı, xx.xx.2016-cı il tarixli, 2(041)-635/2016 saylı, xx.xx.2013-cü il tarixli, 2(041)-458/2013 saylı, 2(041)-1452/2016 saylı xx.xx.2016-cı il tarixli, Sumqayıt şəhər Məkəməsinin 2(060)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli, Qaradağ rayon Məhkəməsinin 2(002)-2443/2023 saylı, xx.xx.2013-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu İ.İ.Etvazov icra sənədləri üzrə borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Borclu icra şöbəsinə gəlməkdən yayındığı üçün axtarış qərarı əsasında Kürdəmir rayonu polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda icra sənədləri üzrə borclunun tələbkara olan borcu 40307.91 manat təşkil edir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədlərindən məlumatı var, lakin heç bir yerdə işləmədiyi üçün və maddi imkansızlığa görə icra sənədlərini bu günə kimi tam şəkildə icra edə bilməmişdir. Hazırda onun tələbkara olan borcu 40307.91 manat təşkil edir. Bundan sonra icra sənədini icra etmək üçün tədbirlər görəcək. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1198/2022 saylı, xx.xx.2015-ci il tarixli, 2(041)-458/2015 saylı, xx.xx.2016-cı il tarixli, 2(041)-635/2016 saylı, xx.xx.2013-cü il tarixli, 2(041)-458/2013 saylı, 2(041)-1452/2016 saylı xx.xx.2016-cı il tarixli, Sumqayıt şəhər Məkəməsinin 2(060)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli, Qaradağ rayon Məhkəməsinin 2(002)-2443/2023 saylı, xx.xx.2013-cü il tarixli icra sənədləri icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərarlar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, borclu Şəxs bu günə kimi icra sənədlərini tam şəkildə icra etməmiş, hazırda borclunun icra sənədləri üzrə olan borcu ümumilikdə 40307.91 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmiş və onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 05.055.2023-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1198/2022 saylı, xx.xx.2015-ci il tarixli, 2(041)-458/2015 saylı, xx.xx.2016-cı il tarixli, 2(041)-635/2016 saylı, xx.xx.2013-cü il tarixli, 2(041)-458/2013 saylı, 2(041)-1452/2016 saylı xx.xx.2016-cı il tarixli, Sumqayıt şəhər Məkəməsinin 2(060)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli, Qaradağ rayon Məhkəməsinin 2(002)-2443/2023 saylı, xx.xx.2013-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli surətdə boyun qaçırmış, bu səbəbdən də, onun 40307.91 manat borcu var. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə heç bir ödəniş etmədiyini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-429/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-429/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver